. Love.az

Roy Peter Link - Wikipedia - Love.az

Ana Səhifə - Roy Peter Link

Roy Peter Link və ya Roy Peter Marino (alm. Roy Peter Link‎; doğ. 9 iyun 1982[1]) — almaniyalı kinoaktyor.

Roy Peter Link
alm. Roy Peter Link‎
Doğum tarixi 9 iyun 1982 (42 yaş)
Doğum yeri Ahaus, Almaniya Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 2000— Bu günə kimi
IMDb ID1952556
fehrecke.com/de/detail/r…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Bioqrafiya
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiya

redaktə

Roy Ahaus şəhərində böyüyüb. 20 yaşında o doğma Münsterlandı tərk edərək qazanc dalınca Köln şəhərinə gedir və bir müddət orada maneken, fotomodel və ofisiant olaraq çalışmağa başlayır. Məhz burada o özünün köhnə yaxın dostu Reza Homamla görüşür. Bir aktyor olaraq treninq və təhsil almayan Roy, tezliklə Bravo TV-də yayımlanan serialların birində özünün debüt "Yoxen" rolunda çəkilir. Bunun ardınca o "Marienhof" filmində Ron Ştayger və "Məktəbli qızlar" (alm. Schulmädchen‎) teleserialında Qabriel rollarını oynayır. O, həmçinin bir neçə qısametrajlı filmlərdə də çəkilir. 2005-ci ildə o "Bizim aşağımızda" (alm. Unter Uns‎) adlı serialda bir neçə ay ərzində Aleksandr Aşenberq rolunu oynayır. Lakin əsl məşhurluq ona 6 noyabr 2006-cı ildən - 12 iyun 2008-ci ilə kimi davam edən Qırmızı qızılgül serialında oynadığı Hans-Karl „Hakki“ fon Attendorn rolu gətirdi. Qırmızı qızılgül serialın çəkiliş meydançasında o aktrisa Nadin Arentslə tanış olur və 2008-ci ildən onunla sevgi əlaqələrini qoruyub saxlayır[2].

25 avqust 2008-ci ildən 3 mart 2019-cu ilə qədər o, Janett Bidermann ilə yanaşı Anna və sevgi teleserialında Yonas Broda rolunu oynamışdı. Həmin ilin payız ayından o Janett ilə yenidən birgə çəkilişlərdə iştirak etmək üçün həmin seriala geri qayıtmağı qərara alır. Hər ikisi serialın 250 yeni epizodunda çəkilmək üçün müqavilə imzalayaraq, üçüncü mövsümdə aparıcı rolları öz üzərinə götürürlər.

Filmoqrafiya

redaktə
  • 2000: Şüşəli ev (Glasshaus) (qısametrajlı film)
  • 2001: Şulhof (qısametrajlı film)
  • 2003: Bravo TV
  • 2004: Marienhof
  • 2004: Məktəbli qızlar (2-ci mövsüm, 9-cu epizod)
  • 2005: Bizim aşağımızda
  • 2006–2008: Qırmızı qızılgül (375 epizod)
  • 2008–2011: Anna və sevgi (1–3-cü mövsümlər, 461 epizod + 5 xüsusi)
  • 2010: İnqa Lindström – Qəlb şahzadəsi
  • 2011: Danni Lovinski (2-ci mövsüm, Yanlış seçim epizodu)
  • 2012: Yuxu mehmanxanası – Vyetnam
  • 2012: Təkbaşına hərəkət - Quzğun anı
  • 2012–2015: Bütün dostluq şəraitində
  • 2013: Gənc, sehrli və ölümcül qanlı bacılar
  • 2013: Təkbaşına hərəkət – Şübhə elementi
  • 2013: Xoşbəxtliyə aparan səyahət və ya Provansdakı bal ayı

İstinadlar

redaktə
  1. ↑ "Sat1.de". 2009-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
  2. ↑ actor-roy-peter-link-and-his-girlfriend-nadine-ahrens-news-photo

Xarici keçidlər

redaktə
  • Roy Peter Link Arxivləşdirilib 2019-08-12 at the Wayback Machine – Offizielle Internetseite
  • Roy Peter Link Arxivləşdirilib 2011-06-15 at the Wayback Machine – Agentur
  • Gratis-Duschen waren seine erste Gage – Porträt in: Berliner Zeitung vom 26. Juni 2012
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Roy_Peter_Link&oldid=8043611"
LOVE.AZ