. Love.az

Ruben Stepanyan - Wikipedia - Love.az

Ana Səhifə - Ruben Stepanyan

Ruben Qerasimoviç Stepanyan (29 dekabr 1902, Bakı — 8 mart 1984, Moskva) —  erməni sovet bəstəkarı və dirijoru. 1961-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adını qazanmışdır.

Ruben Stepanyan
erm. Ռուբեն Ստեփանյան
Ümumi məlumatlar
Doğum tarixi 29 dekabr 1902
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 mart 1984 (81 yaşında)
Vəfat yeri Moskva
Vətəndaşlığı SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, musiqi pedaqoqu
Təhsili
  • İrəvan Dövlət Konservatoriyası[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
Ermənistan SSR əməkdar incəsənət xadimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatlar və adları
  • 3 Yaradıcılığı
    • 3.1 Opera dirijorluğu
    • 3.2 Balet dirijorluğu
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

29 dekabr 1902-də Bakıda anadan olub. 1931-ci ildə İrəvan konservatoriyasını bitirmişdir. 1929—1935-ci illərdə İrəvanın Respublika radiosunun Kamera orkestrinin bədii rəhbəri və təşkilatçısı olmuşdur.

1930—1956-cı illərdə A.Spendiarovun adına musiqi məktəbin müəllimi idi.

1931—1940-cı illərdə R.Melikyanın adına simli kvartetin artisti olmuşdur.

1937—1965-ci illərdə A.Spendiarov adına erməni opera və balet teatrının dirijoru idi.

8 mart 1984-cü ildə Moskvada vəfat etdi.

Mükafatlar və adları

redaktə
  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Şərəf nişanı" ordeni
  • Ermənistan SSR-in əməkdar incəsənət xadimi

Yaradıcılığı

redaktə

Opera dirijorluğu

redaktə
  • "Riqoletto" (1940)
  •  "Sevilya bərbəri" (1943)
  •  Donisetinin "Don Pasku ale" (1953)
  •  Tiqranyanın "Anuş" (1956)
  •  "Faust" (1958)
  •  Spendiarovun "Almast" (1959)
  • Qevorkyanın "Kostyor" uşaq operası (1959)

Balet dirijorluğu

redaktə
  • Ter-Qevondyanın "Anait" (1940)
  •  "Qu gölü" (1940)
  •  "Raymonda" (1941)
  •  Yegiazaryanın "Sevan" (1955)
  • Oqanesyanın "Mərmər" (1957)
  •  Xaqaqosryanın "Sona" (1958)

Ədəbiyyat

redaktə
  • Будагян А. Г. Степанян Р. Г. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1981. — Т. 5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ruben_Stepanyan&oldid=6220966"
LOVE.AZ