. Love.az

Rubus Georgicus - Wikipedia - Love.az

Ana Səhifə - Rubus Georgicus

Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Gürcü böyürtkəni
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Qızılgülkimilər
Triba:
Rubeae
Cins:
Moruq
Növ:
Gürcü böyürtkəni
Beynəlxalq elmi adı
  • Rubus georgicus Focke, 1903[1]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  411735

Mündəricat

  • 1 Ümumi yayılması
  • 2 Azərbaycanda yayılması
  • 3 Statusu
  • 4 Bitdiyi yer
  • 5 Təbii ehtiyatı
  • 6 Bioloji xüsusiyyətləri
  • 7 Çoxalması
  • 8 Təbii ehtiyatının dəyişilməsi səbəbləri
  • 9 Becərilməsi
  • 10 Qəbul edilmiş qoruma tədbirləri
  • 11 Zəruri qoruma tədbirləri
  • 12 İstinadlar
  • 13 Həmçinin bax

Ümumi yayılması

redaktə

Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır.

Azərbaycanda yayılması

redaktə

Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir.

Statusu

redaktə

Azərbaycanın nadir bitki növüdür. VU D2.

Bitdiyi yer

redaktə

Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır.

Təbii ehtiyatı

redaktə

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

redaktə

İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır. Yarpaqcıqlar tikanlı saplaqlı, üzəri tüksüz, altdan nazik ağ, keçətüklü, axırıncı bir qədər rombşəkilli, uzunsaplaqlı, ucu sivridir. İyun-iyul aylarında çiçək açır. Çiçək saplağı tikanlıdır. Çiçək açan zaman aşağı qatlanır. Meyvəsi yaxşı inkişaf edir. May ayında çiçək açır, iyun-iyul aylarında meyvəsi yetişir.

Çoxalması

redaktə

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

redaktə

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

redaktə

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

redaktə

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

redaktə

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

redaktə
  1. ↑ The Plant List (ing.). 2010.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gürcü_böyürtkəni&oldid=6867654"
LOVE.AZ