Rudar Plevlya FK (mont. ФК Рудар Пљевља) və ya qısaca "Rudar" — Monteneqronun Plevlya şəhərini təmsil edən peşəkar futbol klubu. Monteneqro çempionatında çıxış edir. Klub Şariç qardaşları — Darko və Duşko tərəfindən idarə olunur.
Rudar Plevlya FK | |||
---|---|---|---|
![]() | |||
Klubun tam adı | Rudar Plevlya Futbol Klubu | ||
Ölkə |
![]() |
||
Ləqəb(lər) | Rudari | ||
Rəng(lər) | göy-qırmızı | ||
Yaranma tarixi | 1920 | ||
Stadionu | Qradski stadionu | ||
Tutumu | 10.000 | ||
Prezidenti | Duşko Şariç | ||
Baş məşqçisi | Mirko Mariç | ||
Liqa | Monteneqro çempionatı | ||
2014-15 | 1 | ||
| |||
Rəsmi saytı |
2006-cı ildə Monteneqro çempionatının qurulmasından bu yana bu liqada çıxış edir və 2009-10 mövsümündə ilk dəfə çempion ola bilmişdir. 3 dəfə Monteneqro Kubokunu qazanmaqla bu tituala ən çox sahib çıxan klubdur. Monteneqro Kubokunda bununla yanaşı 1 dəfə finalçı, 2 dəfə yarımfinalçı olmuşdur.
"Rudar" 1920-ci ildə "Breznik" adı ilə qurulmuşdur. 1923-cü ildə adı "Sancak" olmuşdur. Komanda şəhərdə yerləşən 48-ci Piyada Alayı tərəfindən dəstəklənmişdir. İkinci dünya müharibəsindən sonra adı "Yedinstovo" olmuşdur 1947-ci ildə baş məşqçi Velimir Yakiçin şərəfinə yenidən ad dəyişdirilmişdir. Həmin ilk klub Yuqoslaviya Kubokunun 1/4 finalına qədər çatmış, amma "Sarayevo" klubu tərəfindən 2:3 məğlub edilmişdir.[1] 1955-ci ildə klub indiki adını almışdır.
"Rudar" ev oyunlarını Qradski stadionunda keçirir. Çoxməqsədli stadion olub həndbol, tennis, basketbol yarışları üçün də istifadə olunur. 1948-ci ildə tikilmişdir və 1985-ci ildə bərpa olunmuşdur.
Mövsüm | Turnir | Mərhələ | Rəqib | Ev | Səfər | Ümumilikdə |
---|---|---|---|---|---|---|
2007-08 | UEFA Kuboku | 1-ci təsnifat mərhələsi | Omoniya | 0–2 | 0–2 | 0–4 |
2010-11 | UEFA Çempionlar Liqası | 1-ci təsnifat mərhələsi | Tre Fiori | 4–1 | 3–0 | 7–1 |
2-ci təsnifat mərhələsi | Liteks | 0–4 | 0–1 | 0–5 | ||
2011-12 | UEFA Avropa Liqası | 2-ci təsnifat mərhələsi | Avstriya | 0–3 | 0–2 | 0–5 |
2012-13 | UEFA Avropa Liqası | 1-ci təsnifat mərhələsi | Şirak | 0–1 | 1–1 | 1–2 |
203-14 | UEFA Avropa Liqası | 1-ci təsnifat mərhələsi | Mika | 1–0 | 1–1 | 2–1 |
2-ci təsnifat mərhələsi | Slask | 2–2 | 0–4 | 2–6 | ||
2015-16 | UEFA Çempionlar Liqası | 2-ci təsnifat mərhələsi | Qarabağ | – | – | – |
Turnir | Oyun | Q | H | M | VQ | BQ |
---|---|---|---|---|---|---|
UEFA Çempionlar Liqası | 4 | 2 | 0 | 2 | 7 | 6 |
UEFA Kuboku/UEFA Avropa Liqası | 9 | 1 | 2 | 6 | 3 | 16 |
Cəmi | 13 | 3 | 2 | 8 | 10 | 22 |
Monteneqro çempionatı | yer | Monteneqro Kuboku | yer |
---|---|---|---|
2006-07 | 4 | 2006–07 | qalib |
2007-08 | 5 | 2007–08 | yarımfinal |
2008–09 | 5 | 2008–09 | yarımfinal |
2009–10 | çempion | 2009–10 | qalib |
2010–11 | 3 | 2010–11 | qalib |
2011–12 | 2 | 2011–12 | final |
2012–13 | 5 | 2012–13 | 1/8 final |
2013–14 | 6 | 2013–14 | 1/8 final |
2014–15 | çempion | 2014–15 | 1/8 final |
|
|