. Love.az

Rus Borisi - Wikipedia - Love.az

Ana Səhifə - Rus Borisi

Rus Borisi — Azərbaycan Respublikasının Goranboy rayonunun Rus Borisi kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd
Rus Borisi
40°26′08″ şm. e. 46°30′41″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 4,7 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 600 nəfər
Milli tərkibi 80% azərbaycanlılar; 20% ruslar
Dini tərkibi xristianlar, müsəlmanlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2236
Nəqliyyat kodu 22
Digər
goranboy-ih.gov.az {{ref-Azərbaycanca}}
Xəritəni göstər/gizlə
Rus Borisi xəritədə
Rus Borisi
Rus Borisi

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Kəndin əhalisi əhalisi 1893-cü ildə bura Rusiya çarı tərəfindən köçürülmüş rus kolonistlərindən ibarət olub. Sovet dövründə kənd xeyli böyümüş, kəndin əhalisi təxminən 2.000 nəfərə yaxın olub. Lakin Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir çoxu kimi, bu kəndin də əhalisi Azərbaycanı tərk etməyə başladılar. Boş qalmış evlərdə əsasən Xocalıdan olan azərbaycanlılar məskunlaşıb.

Toponimikası

redaktə

Rus Borisi kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1842-ci ildə Çar hökumətinin ucqarlara köçürdüyü Tambov və Saratov quberniyalarından olan duxobor və malakan ailələri salmışdır. Yaşayış məntəqəsi o zaman Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılmışdır.[2]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 251 nəfər əhali yaşayır.[3]. Hal-hazırda kəndin 500 nəfərə yaxın əhalisi var, bunun 80%-ni azərbaycanlılar təşkil edir.[4]

Həmçinin bax

redaktə
  • Goranboy rayonu

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. ↑ "Baku Pages". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-28.

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Rus_Borisi&oldid=8041917"
LOVE.AZ