. Love.az

Suneni Tirmizi - Wikipedia - Love.az

Ana Səhifə - Suneni Tirmizi

Sünəni-Tirmizi (ərəb. سُـنَن الترمذي‎) — Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitablarından (Kutubi Sittənin) biridir.

Sünəni-Tirmizi
ərəb. سنن الترمذي‎
Müəllif Tirmizi
Orijinalın dili ərəb dili

Müəllifi Tirmizidir. Əsərin əsil adı "əl-Camius-Səhih" olsa da müəllifinə nisbətlə "Sünəni-Tirmizi" olaraq adlandırılır.

Mündəricat

  • 1 Haqqında
    • 1.1 Müəllif
    • 1.2 Əsər
    • 1.3 Şərhlər
    • 1.4 Nəşrləri
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Haqqında

redaktə

Müəllif

redaktə

Əbu İsa Məhəmməd ibn İsa ibn əd Dəhhaq Mərkəzi Asiyada yerləşən Tirmiz şəhərində doğulub. Haqqında məlumat azdır. Hədis toplamaq məqsədilə Xorasan, İraq, Hicaz və başqa yerlərə səfər etmiş və İmam Buxari, Müslim ibn Həccac, Əbu Davud kimi bir çox alimlərdən hədis almışdır. Və həmçinin Heysəm ibn Kulab əl-Şasi, Məqhul ibn əl-Fəld, Məhəmməd ibn Məhbub əl-Məhbubi əl-Mərvəzi kimi alimlər ondan hədis nəql etmişlər.

Əsər

redaktə

Kitab cildlərə bölünür (Cildlərin sayı nəşr edildiyi zamana, məkana və nəşriyyata görə dəyişir). Hər cilddə kitablar və hər kitabda da bablar var. Hər kitabda , kitaba uyğun bablar və hər babda da mövzuya uyğun hədislər vardır. Ümumilikdə isə müəllif kitaba 3951 hədis yığmışdır[1]. Kitabın ən qədim və ən güvənilən nüsxəsi Əhməd Məhəmməd Şakir nüsxəsidir və nüsxə ərəbcədir.

Kitabları (Bölmələri)

Şərhlər

redaktə
  1. İbn əl-Ərabi əl-Məkki Əbu Bəkr Məhəmməd ibn Abdullah əl-İşbili, "Aridaul əhvazi fi şərhit Tirmizi".
  2. Əl-Hafiz Cələluddin əs-Süyuti, "Quvvatul muğtəzi aləl-Cəmi ət-Tirmizi".
  3. İbn Seyyidin-nəsin şərhi; O, hicrətin 734-cü ilində vəfat etmişdir. İbn Seyyidinnəs bu əsərini vəfat etdiyinə görə tamamlaya bilməmişdir. O, yalnız kitabın üçdə bir hissəsini şərh etməyə müvəffəq olmuşdur. Sonra "Əlfiyyə" əsərinin müəllifi Zeynəddin Abdurrahim ibn Hüseyn əl-İraqi onu tamamlamışdır. Hicrətin 806-cı ilində vəfat etmişdir.
  4. Siracuddin əl-Bəlqini əş-Şəfii, "Əl-Urfuş-şəzi alə Cami ət-Tirmizi" (əsər tamamlanmayıb).
  5. Məhəmməd Əbdürrəhman ibn Əbdürrəhim əl-Mubərakfuri, "Töhfətul əhvazi şərhu Cami ət-Tirmizi".

Nəşrləri

redaktə

Kitab Türk dilinə tərcümə olunub və nəşr olunub:

  • "Sünen-i Tirmizi", çeviren: Abdullah Parlıyan, "Konya" Ktapçılık, Konya, 2004.(oxu Arxivləşdirilib 2012-06-21 at the Wayback Machine)

İstinadlar

redaktə
  1. ↑ "Kutubi Sitte veritabanı". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-26.

Xarici keçidlər

redaktə
  • "Sünəni Tirmizi" oxu Arxivləşdirilib 2012-06-21 at the Wayback Machine
  • İmam Tirmizi

Həmçinin bax

redaktə
  • Kutubi-sittə
  • Səhihi Buxari
  • Səhihi Müslim
  Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Sünən əl-Tirmizi
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sünəni-Tirmizi&oldid=8146819"
LOVE.AZ