. Love.az

Sureyya Tatevyan - Wikipedia - Love.az

Ana Səhifə - Sureyya Tatevyan

Sürəyya Kərim qızı Tatevyan (qızlıq soyadı: Kərimova; rus. Сурия Керимовна Татевян; 22 yanvar 1937, Bakı – 16 iyul 2015, Moskva) — rusiyalı geodeziyaçı-astronom alim, Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun aparıcı elmi işçisi, texnika elmləri doktoru.

Sürəyya Tatevyan
Doğum adı Sürəyya Kərim qızı Kərimova
Doğum tarixi 22 yanvar 1937(1937-01-22)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 16 iyul 2015(2015-07-16) (78 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Vaqankovo qəbiristanlığı
Atası Kərim Kərimov
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
İş yeri
  • Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutu[d]
Təhsili
  • Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti[d]
Mükafatları "Əmək igidliyinə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Sürəyya 22 yanvar 1937-ci ildə Bakı şəhərində, sovet artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991), həmçinin Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Kərimovun ailəsində dünyaya gəlmişdir.[1][2][3] Anası Zara Kərimova sonralar Moskvada orta məktəblərin birində kimya müəlliməsi kimi çalışıb.[4] Onun adını ata nənəsinin şərəfinə qoyublar. Qızı dünyaya gələndə Kərim Kərimov birinci kurs tələbəsi idi.[4]

Sürəyya orta təhsilini Moskva şəhərində alıb. Sonra Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) geodeziya fakültəsinə daxil olub. 1960-cı ildə astronomik-geodeziya ixtisası üzrə oranı bitirib.[4]

İnstitutu bitirdikdən sonra SSRİ Nazirlər Soveti yanında Geodeziya və Xəritəçəkmə Baş İdarəsində distribütor işləyib. Bu qurumun tərkibində Sibirdə çalışmış, burada çöl-tədqiqat işlərində iştirak etmişdir.[4]

1961-ci ildə SSRİ Elmlər Akademiyasının Astronomiya Şurasında elmi işçi kimi peşəkar fəaliyyətə başlayıb. 1968-ci ildə o, Moskva Geodeziya, Aerofotoqrafiya və Kartoqrafiya Mühəndisləri İnstitutunda peyk geodeziyası və səma mexanikası sahəsində texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.[4]

Bir neçə ildən sonra Suriya Tatevyan Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun Kosmik Geodeziya və Geodinamika şöbəsinin müdiri təyin edilib və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.[4]

1998-ci ildə "Müasir geodinamika üçün kosmik geodeziya üsullarından istifadə" mövzusunda texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

  Xarici şəkil
  Sürəyya Tatevyanın Moskvanın Vaqankovo qəbiristanlığında məzarı.

Sürəyya Tatevyan 2015-ci il iyulun 16-da qəflətən vəfat edib.[4] 78 yaşlı alimin cəsədi öz vəsiyyətinə uyğun olaraq kremasiya olunub. Külünün olduğu qab iyulun 20-də Moskvanın Vaqankovo qəbiristanlığında, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.[5]

Şəxsi həyatı

redaktə

Sürəyya Tatevyan tələbə yoldaşı — geodeziyaçı-astronom, böyük elmi işçi Ruben Arşaviroviç Tatevyan ilə ailəli olub.[4]

Mükafatları

redaktə

"Əmək igidliyinə görə" medalı — Elm və texnika sahəsində yüksək nailiyyətlərə görə.[4]

İstinadlar

redaktə
  1. ↑ Robert C. Harding. Space Policy in Developing Countries: The Search for Security and Development on the Final Frontier. London and New York: Routledge. Series Editors: Everett C. Dolmann and John Sheldon [School of Advanced Air and Space Studies]. 2014. 179.

    Azerbaijani specialists contributed significantly to the USSR's space science. Especially noteworthy was Kerim Aliyevich Kerimov, an Azerbaijani rocket specialist who was one of the founders of Soviet space industry, and a leading architect of many Soviet space achievements from Sputnik to the space station Mir.

  2. ↑ Владимир Николаев. Он давал «добро» на старт // Новые известия (ежедневная общероссийская газета). 12 апреля 2005. 2016-03-04 tarixində arxivləşdirilib.
  3. ↑ "Kerim Aliyevich Kerimov. Article from the Encyclopædia Britannica". 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  4. ↑ 1 2 3 4 5 6 7 8 9 "Сурия Керимовна Татевян". sm.evg-rumjantsev.ru. 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  5. ↑ "General Kərim Kərimovun qızı vəfat etdi". oxu.az. 2015-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.

Xarici keçidlər

redaktə
  • Sürəyya valideynləri ilə birlikdə (1941-ci ildən öncə)
  • Sürəyya valideynləri ilə birlikdə (1960-cı illər)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sürəyya_Tatevyan&oldid=7715349"
LOVE.AZ