Sütəmurdov — Azərbaycan Respublikasının Lənkəran şəhərinin inzibati ərazi vahidində kənd. Xəzər dənizinin sahilində yerləşən bir kənddir. Sütəmurdov kəndi əsasən kənd təsərrüfatı ilə məşğul olan əhalisi ilə tanınır. Burada əsasən çayçılıq, tərəvəzçilik və sitrus meyvə yetişdirilməsi kimi sahələr inkişaf etmişdir. Kəndin ətrafı təbii gözəllikləri və yaşıllıqları ilə diqqət çəkir. Kənddə həmçinin tarixən bir çox mədəni və tarixi abidələr də mövcuddur.[1] Kənd Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lənkəran şəhərinin Sütəmurdov kəndi Gərmətük kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sütəmurdov kənd Soveti yaradılmışdır. 1999-cu ildə isə Sütəmurdov kənd Soveti ləğv olunmuş və yerinə Sütəmurdov Bələdiyyəsi və Sütəmurdov kənd icra nümayəndəliyi təsis edilmişdir.
Sütəmurdov | |
---|---|
![]() | |
38°44′34″ şm. e. 48°51′41″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Lənkəran şəhəri |
Bələdiyyə sədri | Emil Məmmədov |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3,6404 km² |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 4.634 nəfər (2024) |
Milli tərkibi | azərbaycanlılar, talışlar |
![]() |
Sütəmurdov kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 4.634 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.[2]
Sütəmurdov kəndi hallabonqun Azərbaycanda əkildiyi ilk kənddir.[3] Sütəmurdov kəndinin ərazisində ümumi sitrus bağının sahəsi 80 hektardan çoxdur ki, bunun 10 hektarında təxminən 4 minədək hallabonq ağacı əkilmişdir.[3][4]
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |