Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı[1] və Şərur döyüşlərində[2] qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi[3] ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından[4] sonra bu sülalənin əlindən çıxmışdır.
Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir.
Şah | Hakimiyyət illəri | Şahbanu | |
---|---|---|---|
I İsmayıl
1487-1524 (36 yaş) |
22 dekabr 1501 | Taclı Bəyim
1488-1540 (52 yaş) | |
Bəhruzə Bəyim | |||
I Təhmasib
1514-1576 (62 yaş) |
23 may 1524 | Qədəmli Sultan
1516-1593 (77 yaş) | |
Sultanağa Bəyim
1524-1596 (72 yaş) | |||
II İsmayıl
1537-1577 (40 yaş) |
14 may 1576 | Peykər Sultan
1537-1598 (61 yaş) | |
Pərixan xanımın naibəliyi | |||
Məhəmməd Xudabəndə
1531-1595 (64 yaş) |
11 fevral 1578 | Məhdi Ülya Mərəşi
1549-1579 (30 yaş) | |
I Abbas
1571-1629 (57 yaş) |
9 sentyabr 1588 | Yaxan Bəyim | |
I Səfi
1611-1642 (31 yaş) |
19 yanvar 1629 | Anna Bəyim | |
II Abbas
1632-1666 (34 yaş) |
12 may 1642 | Nakihət Bəyim | |
I Süleyman
1648-1694 (46 yaş) |
26 oktyabr 1666 | - | |
I Hüseyn
1668-1726 (58 yaş) |
29 iyul 1694 | - | |
II Təhmasib
1704-1740 (36 yaş) |
21 oktyabr 1722 | - | |
III Abbas
1732-1736 (34 yaş) |
- | 16 aprel 1732 |
II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.[5]
1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi.[6] Beləliklə, o, öz dəstəkçilərinin köməkliyi ilə taxta çıxdı və özünü II Süleyman adı ilə şah elan etdi. Əfşarların digər nümayəndəsi Şahrux isə kor edildi. Lakin iki aydan sonra II Süleyman da taxtdan salındı və Şahrux onun yerinə gətirildi.[7][8][9]
Bu dövrdə şah elan edilmiş digər şəxs Əbuturab Mirzə idi. O da II Süleyman kimi ana tərəfdən Səfəvi nəslindən idi və anası Məryəm Bəyim Sultan Hüseynin qızı idi. Feodal hakimlərdən olan Kərim xan Zənd və Əlimərdan xan Bəxtiyari birləşib İsfahana hücum edib oranı ələ keçirdilər. Verilmiş qərara əsasən Səfəvi sülaləsinin hakimiyyətinin bərpa edildiyi elan edildi və Əbuturab Mirzə III İsmayıl adı ilə taxta keçdi. Lakin yalnız onun adı şah idi, faktiki hakimiyyət isə Kərim xanla Əlimərdan xanın əlində cəmləşmişdi. Əbuturab Mirzənin şahlığı 1773-cü ilə qədər davam etdi.
Bir digər Səfəvi nəslindən olan kukla hökmdarlar II Məhəmməddir. Onun adından dövləti idarə edən şəxs isə Ağa Məhəmməd xan Qacar olmuşdur.
Şah | Portret | Gerb | Varis | Titul | Hakimiyyətin başlanması |
Hakimiyyətin başa çatması |
Hökmranlıq müddəti | Tacqoyma | M. |
---|---|---|---|---|---|---|---|---|---|
Şah II Süleyman[7] | III İsmayıl | Şah | 17 dekabr 1749 | 14 yanvar 1750[8] | 1 il | 17 dekabr 1749 | |||
III İsmayıl[10] | III İsmayıl[11][12] | Şah | 1750 | 1773 | 23 il | 29 iyun 1750 | [13] | ||
II Məhəmməd[14] | Yoxdur | Şah | 1773 | 1796 | 23 il | 1773 |