. Love.az

Senan Qurbanov - Wikipedia - Love.az

Ana Səhifə - Senan Qurbanov

Sənan Qurbanov (rus. Курбанов, Санан Шамиль оглы; azərb. Sənan Şamil oğlu Qurbanov‎; 12 avqust 1938, Bakı – 24 dekabr 1999, Bakı) — Azərbaycanlı heykəltaraş və qrafika ustası, Azərbaycan və SSRİ Rəssamlar İttifaqlarının üzvü. Sənan Qurbanov eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanmış tamaşaların səhnə tərtibatı ilə də məşğul olmuşdur.

Sənan Qurbanov
rus. Курбанов, Санан Шамиль оглы
Doğum tarixi 12 avqust 1938
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 24 dekabr 1999 (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ →
Azərbaycan Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Janr Heykəltaraşlıq
sanankurbanov.com

Mündəricat

  • 1 Həyatı
  • 2 Ekspozisiyalar
  • 3 Qalereya
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Sənan Qurbanov 1938-ci ilin 12 avqust tarixində Bakı şəhərində anadan olub. 1955 - 1959-cu illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin heykəltaraşlıq faklütəsi üzrə təhsil almışdır. 1960 - 1963-cü illərdə təhsilini Sankt-Peterburq şəhərində yerləşən Rəssamlıq məktəbində davam etdirmişdir. 1963-cü ildə təhsil aldığı dövrdə qərb burjua mədəniyyətini ali təhsil müəssisəsində yayması ittihamı ilə universitetdən xaric edilmişdir. 1963-1967-ci illərdə geridə qalan təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tamamlamışdır.

Ekspozisiyalar

redaktə
  • 1992-ci ildə Vyana şəhərində yerləşən Arik Brauer Qalereyasında sərgi.
  • 1995-ci ildə Azərbaycan Rəssamlar İttifaqının qalereyasında solo sərgi.
  • 1999-cu ildə Volqa üzərində Azərbaycan rəssamları adlı sərgi.
  • 2000-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyi və Muzey Mərkəzində sərgilər.[1]
  • 2008-ci ildə rəssamın xatirəsinə Bakı Müasir İncəsənət Muzeyində sərgi.[2].

Qalereya

redaktə
  •  
    Kağız üzərində, 60x80
  •  
    Kağız, mürəkkəb, 19x25
  •  
    Kağız, mürəkkəb, 60х80
  •  
    Heykəl, gips

İstinadlar

redaktə
  1. ↑ "Художники Азербайджана на Волге". 2014-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  2. ↑ "В Центре современного искусства пройдет выставка Санана Курбанова". 2014-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.

Xarici keçidlər

redaktə
  1. Журнал "Культура" 26 апреля 2012 (rusca)
  2. Спектакли в Национальном Драматическом Академическом Театре (rusca)
  3. Газета "Известия" 22 Февраля 2006 года стр.3 Arxivləşdirilib 2015-04-01 at the Wayback Machine (rusca)
  4. Галерея художника. Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine (rusca)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sənan_Qurbanov&oldid=7120455"
LOVE.AZ