. Love.az

Seyyare Memmedli - Wikipedia - Love.az

Ana Səhifə - Seyyare Memmedli
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 36 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək).

Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli
Doğum adı Səyyarə İsmayılova
Təxəllüsü Məmmədli
Doğum tarixi 25 yanvar 1961(1961-01-25) (64 yaş)
Doğum yeri
  • Kəsəmən, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası İsmayılov Oruc Məhəmməd oğlu
Təhsili
  • BDU Kitabxanaşünaslıq-informasiya fakültəsi
Fəaliyyəti şair-yazıçı
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (2007–),
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Kitabları
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Həyatı

redaktə

Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub.

1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir.

1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir.

2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur.[1]

Ailəlidir, 3 övladı var.

Yaradıcılığı

redaktə

Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.

Kitabları

redaktə
  • "Zamanın əl ağacı", Bakı, "Yurd" NPB, 2007. 232 səh., 250 tiraj[2].
  • "Yalnız qələm dözür ağırlığıma", Bakı, "Vektor Nəşrlər Evi", 2014.
  • "Hələ də uzaq bir səyyarəyəm mən". Bakı, "Elm və təhsil", 2020. 188 səh.

Xarici keçidlər

redaktə
  • Dünyanın "sakit" okeanı (şeirlər) (az.)

İstinadlar

redaktə
  1. ↑ "Səyyarə Məmmədli - Həsrət dirəkləri (Ən Yaxşı Şeir)" (az.). ayb.az. 03.10.2014. İstifadə tarixi: 2015-01-19.
  2. ↑ "Zamanın əl ağacı" — dəyərli yaradıcılıq uğuru Arxivləşdirilib 2016-09-21 at the Wayback Machine (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Səyyarə_Məmmədli&oldid=8109154"
LOVE.AZ