Saba Sazonov | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 fevral 2002(2002-02-01)[1] (23 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,92 m |
Mövqeyi | müdafiəçi |
![]() |
Saba Sazonov (gürc. საბა საზონოვი, rus. Са́ба Андре́евич Сазо́нов 1 fevral 2002[1], Sankt-Peterburq) — Gürcüstanlı futbolçu. İtaliyanın Torino klubunun və Gürcüstan milli komandasının müdafiəçisi.
1 fevral 2002-ci ildə anadan olub. Atası Andrey Sazonov rus, anası Nino Nişnianidze gürcüdür. Anası əslən Gürcüstanın Samtredia şəhərindəndir və Gürcüstanda peşəkar voleybol oynayıb. Daha sonra Sankt-Peterburqa köçür və orada Andrey ilə tanış olur. Saba Sazonov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olur.
Saba 6 yaşında qardaşı Davidlə (bir yaş kiçik), Zenit klubunun futbol məktəbi olan "Smena" fubol məktəbinə getməyə başlayır, onların burda ilk məşqçisi Vladimir Vilde olur.[2][3]
1 mart 2019-cu ildə Ural komandası ilə oyunda "Zenit"in gənclər komandasında debüt edir.[4]
16 avqust 2019-cu ildə "Zenit"in əvəzedici heyətində ilk oyununu keçirir.
16 may 2021-ci ildə "Tambov" klubuyla səfər matçında (5:1), "Zenit"in əsas heyətində meydana çıxaraq, Rusiya çempionatında debüt edir.
2021-ci ilin iyun ayında Moskvanın Dinamo klubuna baxışa çağrılır. Təlim-məşq toplanışında bir neçə yoldaşlıq oyunu keçirir. 9 iyul 2021-ci ildə "Dinamo Moskva" ilə 3 illik müqavilə imzalayır.[5] "Dinamo"nun heyətində o, Rusiya çempionatında 34 matçda meydana çıxır və 1 qol vurur. Futbolçu 5 dəfə Rusiya çempionatıənda turun rəmzi komandasına daxil edilr. Futbolçu həmçinin Rusiya Futbol Kubokunun 10 matçında iştirak edir.
2023-cü ilin 31 avqustunda o, İtaliyanın Torino klubuna keçir.[6]
2022-ci ilin sentyabrında o, Gürcüstan millisində oynamağa qərar verir.[7] 2022-ci ilin sentyabrında Sazonov 21 yaşadək futbolçulardan ibarət Gürcüstan milli komandasına çağırılır.[8]
O, 17 noyabr 2022-ci ildə Mərakeşə 3:0 hesabı ilə uduzduqları yoldaşlıq oyununda Gürcüstanın əsas milli komandasının heyətində debüt edir.[9]
"Sankt-Peterburq Dövlət Nəqliyyat Universiteti"nin, İqtisadiyyat və İdarəetmə fakültəsinin, istiqamət-tətbiqi psixologiya ixtisası üzrə məzunudur.[10]
Klub | Mövsüm | Liqa | Klubok | Beynəlxalq | Toplam | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Zenit-2 | 2019–20 | Rusiya İkinci Liqası | 6 | 0 | – | – | 6 | 0 | ||
2020–21 | Rusiya İkinci Liqası | 18 | 3 | – | – | 18 | 3 | |||
Toplam | 24 | 3 | 0 | 0 | 0 | 0 | 24 | 3 | ||
Zenit | 2020–21 | Rusiya Premyer Liqası | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
Dinamo M-2 | 2021–22 | Rusiya İkinci Liqası | 9 | 2 | – | – | 9 | 2 | ||
Dinamo Moskva | 2021–22 | Rusiya Premyer Liqası | 6 | 0 | 0 | 0 | – | 6 | 0 | |
2022–23 | Rusiya Premyer Liqası | 24 | 1 | 6 | 0 | – | 30 | 1 | ||
2023–24 | Rusiya Premyer Liqası | 4 | 0 | 1 | 0 | – | 5 | 0 | ||
Toplam | 34 | 1 | 7 | 0 | 0 | 0 | 41 | 1 | ||
Torino | 2023–24 | A Seriyası | 12 | 0 | 0 | 0 | – | 12 | 0 | |
Cəmi | 80 | 6 | 7 | 0 | 0 | 0 | 87 | 6 |