Saban Capital Group LLC — baş ofisi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən, media, əyləncə və kommunikasiya investisiyalarına fokuslanmış ABŞ-nin investisiya şirkətidir. 2001-ci ildə Haim Şaban tərəfindən yaradılmış Saban Capital Group, Saban Films şirkətinin sahibidir[1] və Celestial Tiger Entertainment ilə müştərəkdir.[2][3]
Saban Capital Group | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Sənaye | film sənayesi |
Məhsulları |
|
Təsis tarixi | 2001 |
Baş qərargahın yeri | |
Struktur | |
Bölmələr |
|
Rəhbərlik | |
Təsisçi | Haim Saban |
saban.com |
2006-cı ilin oktyabr ayında SCG-nin Saban Entertainment Group bölməsi ailə əyləncələrinin başladılması və inkişafı üçün nəzərdə tutulmuş virtual studiya proqramının yaradıldığını elan etmişdir.[4] 2007-ci ilin mart ayında şirkət Univision Communications, Saban Capital Group, Madison Dearborn Partners, Providence Equity Partners, TPG Capital və Thomas H. Lee Partners şirkətlərini əhatə edən Broadcasting Media Partners şirkətlər qrupuna satılmışdır.[5]
2001-ci ildə The Walt Disney Company tərəfindən Saban Entertainment satın alınmışdır. Bundan sonra isə Saban Capital Group 2010-cu ildə onun əvəzinə Saban Brands şirkətini yaratmışdır. Power Rangers seriyasını geriyə satın alaraq müxtəlif lisenziya müqavilələri ilə 2018-ci ilə qədər mövcudluğunu davam etdirmişdir.[6]
17 oktyabr 2011-ci ildə Saban Capital Group mərkəzi qərargahı Cakarta şəhərində yerləşən İndoneziyanın ən böyük inteqrasiya olunmuş media şirkəti hesab olunan Media Nusantara Citra şirkətində 7,5%-lik səhm payı almışdır.[7][8]
2012-ci ilin iyun ayında SCG-nin törəmə şirkəti olan Kidsco Media Ventures LLC Konaminin 4K Acquisition Corp. ilə birlikdə 4Kids Entertainment şirkətinin bəzi əsas aktivlərini almış və Kidsco, Dragon Ball Z Kai, Cubix, Sonic X və The CW Networkun Şənbə Səhəri (Saturday Morning) proqramlaşdırma bloku müqavilələrinin hüquqlarını əldə etmişdir.
2012-ci ilin iyul ayında Saban Capital Group, Indovision və Top TV-yə sahib olan İndoneziyanın ən böyük ödənişli televiziya operatoru hesab olunan PT MNC Sky Vision Tbk-də bir az səhm almışdır.[5]
2012-ci ilin avqust ayında isə Saban Capital Group “Music Ventures” adlı yeni bir musiqi yayımı bölməsi yaratmışdır.[9]
13 sentyabr 2018-ci ildə Saban Capital Acquisition Corp., 622 milyon dollarlıq nağd pul və səhm müqaviləsi yolu ilə Panavision və Sim Video International-ı aldığını elan etmişdir.[10] Bu proses hərtərəfli istehsal və post-istehsal varlığı yaratmaq məqsədi daşıyırdı. Saban Capital Acquisition Corp., Panavision Holdings Inc. şirkətinin adının dəyişdirilməsini təklif etmiş, lakin Nasdaq birjasında fəaliyyətini davam etdirməyi gözləyirdi.
Saban 1 mart 2019-cu ildə Panavision şirkətini rəsmi olaraq əldə etdiyi müqaviləni bağlamışdır.
Saban Capital Group | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Film |
Məhsulu | Sinema |
Təsis tarixi | 2001 |
Baş qərargahın yeri | Los Angeles, Kaliforniya |
Struktur | |
Bölmələr | SCG Films |
Ana şirkət | Saban Capital Group |
Rəhbərlik | |
Rəhbərlik | Bill Bromiley (prezident) |
sabanfilms.com |
6 may 2014-cü ildə Saban Capital, Şimali Amerika bazarı üçün ildə 8 ilə 10 film satın alacaq bir distribütör şirkəti olan Saban Films şirkətinin yaradıldığını elan etmişdir.".[11]