. Love.az

Sahib Abdullayev - Wikipedia - Love.az

Ana Səhifə - Sahib Abdullayev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Abdullayev Sahib Əhməd oğlu (15 oktyabr 1952, Şahvəlli, Cəbrayıl rayonu – 13 aprel 2017) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” fəxri media mükafatı laureatı.

Sahib Abdullayev
Sahib Əhməd oğlu Abdullayev
Abdullayev Sahib Əhməd oğlu
Abdullayev Sahib Əhməd oğlu
Doğum tarixi 15 oktyabr 1952(1952-10-15)
Doğum yeri
  • Şahvəlli, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 aprel 2017(2017-04-13) (64 yaşında)
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti yazıçı
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

1952-ci ildə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirmişdir.

Tələbəlik illərindən ədəbi-publisistik yazıları, ədəbi-fəlsəfi esseləri və şeirləri müntəzəm çap olunur. Əsərləri ondan çox almanaxda işıq üzü görmüşdür.

Yaradıcılığı

redaktə

“At murad deyilmiş” ədəbi-fəlsəfi esselər, publisistik düşüncələr, portret oçerklər, povest və hekayələr ("Azərbaycan" nəşriyyatı, Bakı-2002; 280 səh.) “Taleyim dönüb Tanrıma” nəsr nümunələri, poemalar və şeirlər ("Nurlan" nəşriyyatı, Bakı-2007; 512 səh.), “Dəfn olunmuş tütək” roman ("Adiloğlu" nəşriyyatı, Bakı-2010; 360 səh.), "Kəndim mənim - Pirim mənim" poema ("MBM" mətbəəsi, Bakı-2011; 88 səh.), "Çarmıxa çəkilmiş ruhların harayı" poema ("Təknur" nəşriyyatı, Bakı-2013; 224 səh.), "Yozulmayan yuxular" roman ("Elm və təhsil" nəşriyyatı, Bakı-2015; 552 səh.) kitablarının müəllifidir.

“Xudafərin” (2000-2009) qəzetinin baş redaktoru olmuş, hazırda “Katarsis dünyası” (2009) qəzetinin baş redaktorudur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

“Qızıl Qələm” fəxri media mükafatı laureatıdır.

“Dirili Qurbani” ədəbi məclisinin yaradıcılarından biridir.

Ali kateqoriyalı müəllimdir.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sahib_Abdullayev&oldid=7879122"
LOVE.AZ