. Love.az

Sahil Sami - Wikipedia - Love.az

Ana Səhifə - Sahil Sami

Sahil şamı (lat. Pinus pinaster) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Sahil şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Sahil şamı
Beynəlxalq elmi adı
  • Pinus pinaster Aiton, 1789
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506603
NCBI  71647
EOL  1061780

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Sinonimləri
    • 4.1 Homotipik sinonimləri
  • 5 Yarımnövləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Təbii halda Aralıq dənizinin şərqində və Portuqaliyada yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 30 m-ə qədər, gövdəsinin diametri 40 sm-ə çatır. Gövdəsinin qabığı tünd-qonur rəngli, qalın və qeyri-bərabər çatlıdır. Çətiri yaxşı inkişaf edərək diamteri 6,5 m-ə çatır. Tumurcuqları qırmızı-qonur, qatranlı, uzunsov, yumurtavarı, bizşəkilli, uzunluğu 6–12 mm olmaqla zoğların zirvəsində dəstələrlə yerləşir. İynəyarpaqları göyümtül-yaşıl rəngli, zoğlarda spiral formasında cüt-cüt yerləşir, iynəyarpaq alt tərəfdən hamar, üstdən qabarıq, ucu biz, kənarları xırda dişlidir, uzunluğu 2-8 sm-ə qədərdir. Qozaları 18 sm uzunluqda, yumurtavarı olub, iridir, ağaca xüsusi gözəllik verir. Ağac yaşlandıqca qozaların sayı azalır. Qozalar əmələ gələndən sonra ikinci ilin payızında yetişir. Toxumları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkillidir. Uzunluğu 3-4 sm, rəngi tünd-boz, qara və ya açıq qonurdur. Yaxşı inkişaf etmiş kök sistemi olan soyuğa (temperaturun 200 C-yə qədər aşağı enməsinə dözür) quraqlığa davamlı ancaq əhəngli quru torpaqlar dözməyən tez böyüyən, isti sevən ağacdır. Suvarılmayan əhəngli torpaqlardan xloroz xəstəliyinə yoluxaraq məhv olur. Rütubətli iqlim şəraitində yaxşı inkişaf etdiyi üçün sahil ətrafı qumluqların yaşıllaşdırlması üçün perspektivli şam növüdür.

Azərbaycanda yayılması

redaktə

Abşeron, Astara-Lənkəran, Balakən, Kür-Araz ovalığında rast gəlinir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus glomerata Salisb.
  • Pinus maritima var. alterna Dum.Cours.
  • Pinus pinaster subsp. atlantica Villar

Yarımnövləri

redaktə
  • Pinus pinaster subsp. escarena (Risso) K.Richt.
  • Pinus pinaster subsp. pinaster
  • Pinus pinaster subsp. renoui (Villar) Maire

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sahil_şamı&oldid=8117717"
LOVE.AZ