Salamanka məktəbi (isp. Escuela de Salamanca) — XVI əsrdə İspaniyada formalaşan və əsasən Salamanka Universitetinə bağlı olan bir fəlsəfi və teoloji məktəb. Bu məktəb dövrün əxlaq fəlsəfəsi,[1]iqtisadi nəzəriyyələr və insan hüquqları kimi mövzularını əhatə edən müzakirələrə öncülük etmişdir. Məktəbin təmsilçiləri o dövrdə İspaniya imperiyasının müxtəlif sosial və siyasi problemlərini fəlsəfi və hüquqi baxımdan araşdırır, əsasən təbii hüquq və hüquqi ədalət üzərində dayanırdılar.[2]
Salamanka Məktəbinin əsas nümayəndələrindən biri Dominik ordeninə mənsub olan məşhur İspan teoloqu və filosofu Fransisko de Vitoria idi. O, insan hüquqları, beynəlxalq hüquq və ədalətli müharibə konsepsiyası kimi mövzuları araşdıraraq, müasir beynəlxalq hüququn təməlini qoymuşdur.[3][4] Eyni zamanda, Dominqo de Soto, Martin de Azpilkueta və Lui de Molina kimi filosoflar da bu məktəbin məşhur simalarından idi.[5]
Təbii hüquq prinsiplərinə böyük əhəmiyyət verirdi.[6] Bütün insanların təbii hüquqlarının olduğunu və bu hüquqların pozulmaz olduğunu irəli sürürdü. Beynəlxalq hüququn və ədalətli müharibənin təməl prinsiplərini inkişaf etdirirdi. Kapitalizmin ilkin formaları ilə bağlı iqtisadi müzakirələrə və bazar iqtisadiyyatı anlayışına töhfələr verirdi. Bu məktəb Avropada maarifçiliyə və insan hüquqlarının inkişafına böyük təsir göstərmiş, müasir hüquqi və əxlaqi anlayışların formalaşmasında önəmli rol oynamışdır.[7]
Salamanka məktəbi XVI əsrdə iqtisadi nəzəriyyələrin inkişafına əhəmiyyətli töhfələr verən bir düşüncə mərkəzi idi. Məktəbin iqtisadi rolu daha çox əxlaq fəlsəfəsi, təbii hüquq və sosial ədalət prinsipləri üzərində qurulmuşdu. Onlar iqtisadi məsələlərə əxlaqi və hüquqi baxımdan yanaşaraq, iqtisadi fəaliyyətin ədalət prinsiplərinə əsaslanmalı olduğunu irəli sürürdülər. Salamanka məktəbi, iqtisadi nəzəriyyələrə gətirdiyi bu yeniliklərlə kapitalizmin formalaşmasına şərait yaratmış, gələcək iqtisadi düşüncələrin, xüsusilə də klassik iqtisadi nəzəriyyələrin təməl prinsiplərini formalaşdırmışdır.
Salamanka Məktəbinin iqtisadi rolu aşağıdakı sahələrdə özünü göstərirdi:[8]