Saleh Məmməd oğlu Əliyev (13 dekabr 1929, Gəncə, Gəncə dairəsi – 22 noyabr 2006, Moskva) — Sovet–Rusiya tarixçi alimi, şərqşünas–iranşünas, tarix elmləri doktoru, professor.[1][2]
Saleh Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | İranşünaslıq |
Alma-mater | BDU (1952) |
Təhsili |
Saleh Əliyev 13 dekabr 1929–cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1947–ci ildən 1952–ci ilədək Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Fars dili bölməsində ali təhsil alıb.[3] 1955–ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspiranturaya qəbul olunmuş, dissertasiyasının uğurlu müdafiəsindən sonra Moskvada qalaraq ömrünün sonunadək həmin elmi–tədqiqat institutunda çalışmışdır.[2]