. Love.az

Salpetrier - Wikipedia - Love.az

Ana Səhifə - Salpetrier

Salpetrier xəstəxanası və ya Pitye-Salpetrier (fr. hôpital de la Salpêtrière, Pitié-Salpêtrière) — Paris də 13-cü şəhər dairəsində yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir.

Salpetrier
Hôpital de la Salpêtrière
Xəritə
Yerləşir XIII arondisman[1]
Yaradılıb 1657
Xüsusiyyətlər
Çarpayı sayı 1.603

Sayt pitiesalpetriere.aphp.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Salpetrier xəstəxana kompleksi ərazisinə aparan darvaza

Mündəricat

  • 1 Adı
  • 2 Qısa tarixi
  • 3 Məşhur həkimlər
  • 4 İstinadlar

Adı

redaktə

Xəstəxana öz adını yerləşdiyi barıt zavodunun adından götürmüşdür. "Salpetrier"- "şora yığını" deməkdir.

Qısa tarixi

redaktə

XV Lüdoviq in əmri ilə 1656-cı ildən məzlum insanlar üçün xəstəxana kimi tikilməyə başlamışdır. 1684-cü ildən onun yanında fahişələr üçün həbsxana tikilmişdir. Böyük Fransa inqilabı qabağı dünyada məzlum insanlar üçün ən böyük sığınacaq idi. Həmin vaxt bura 10000 məzlum və 300 həbs olunmuş qadın üçün sığınacaq olmuşdur. 1796-cı ildən isə xəstəxanaya dəliləri gətirilməyə başlanıldı. Dəlilər olan bölmədə novator metodikası ilə xəstələrin müalicə edən həkim Jan-Martin Şarko çalışırdı. XIX əsrdə 4000-ə qədər qadın xəstə üçün ən böyük Paris qadın xəstəxanası idi.

Məşhur həkimlər

redaktə
  • Filipp Pinel (1745–1826)
  • Jan-Etyen Dominik Eskirol (1772–1840)
  • Ziqmund Freyd (1856–1939)
  • Jan-Martin Şarko (1825–1893)
  • Jozef Babinski (1857–1932)
 
"Həkim Filipp Pinel 1795-ci ildə Salpetrier xəstəxanasındakı psixi xəstələri zəncirlərdən azad edir" rəssam Rober-Fleri

İstinadlar

redaktə
  1. ↑ base Mérimée (fr.). ministère de la Culture, 1978.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Salpetrier&oldid=7592754"
LOVE.AZ