Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi.
Samira Əfəndi | |
---|---|
Samirə Əfəndiyeva | |
![]() | |
Ümumi məlumatlar | |
Ləqəbi | Efendi |
Doğum tarixi | 17 aprel 1991(1991-04-17) (34 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2009-cu ildən |
Janrlar | caz, pop musiqisi |
![]() |
Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb.
2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir.
2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub.
2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.
Gənc müğənni Samirə Əfəndiyeva mütəmadi olaraq gənclər ilə bağlı olan dövlət tədbirlərində iştirak etdiyinə görə bir çox fəxri fərman diplomları ilə təltif olunmuşdur. 2017-ci ildən etibarən Beynəlxalq layihələrdə Samirə Əfəndiyeva "Efendi" ləqəbi ilə tanınır.
2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı və bu dəfə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil edərək yarışmanı 20-ci olaraq bitirmişdir.[4][5]
2025 Avroviziya Mahnı Müsabiqəsində Samirə Əfəndi 2-ci yarımfinalın ara çıxışında səhnə almış və 2020-ci ildə Azərbaycanı təmsil etməli olduğu "Cleopatra" mahnısını ifa etmişdir. Bu çıxış, COVID-19 pandemiyası səbəbilə ləğv edilmiş 2020-ci il müsabiqəsinin iştirakçılarına ehtiram olaraq hazırlanmışdı və həmin ilin bir neçə təmsilçisinin iştirakı ilə təqdim olunmuşdu.
Say | Klip | Tarix |
---|---|---|
01 | Sən Gələndə | 2016 |
02 | Tocame (duet Seeya) | 2017 |
03 | Sən, Mən Və O (duet Səfa Mehdi) | 2018 |
04 | Фальшивая Любовь | 2019 |
05 | Yolayrıcı | 2019 |
06 | Cleopatra | 2020 |
07 | Mata Hari | 2021 |
08 | Mi Momento | 2023 |