Samir Ceyhun oğlu Qulamov (21 oktyabr 1977, Bakı) — Azərbaycan aktyoru, quruluşçu rejissor, ssenarist və prodüser. Prezident mükafatçısı (2025)
Samir Qulamov | |
---|---|
Doğum tarixi | 21 oktyabr 1977(1977-10-21) (47 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | aktyor, rejissor, prodüser, ssenarist |
Təhsili |
Samir Qulamov 21 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb (Xalq artistləri Azərpaşa Nemətov və Əliabbas Qədirovun kursu.) (1995–2000). Bundan başqa Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin "Ali ssenari və rejissorluq" fakültəsi (2007–2009) , Amerika — Azərbaycan kinorejissorluq kursu (2009) , Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" fakültəsində təhsil almışdır (2009–2011).
Ailəlidir, iki oğlu var.
İndiyə qədər 12 tamaşaya quruluş verib, 17 tamaşada rol almışdır. Ümumilikdə 34 dövlət tədbirinin rejissoru olmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 1-ci "Star" film festivalı təşkilat komitəsinin üzvü olmuşdur. Əlavə olaraq "Azərbaycan ailəsi" film festivalının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə birgə yaradıcısı və münsiflər heyətinin üzvü olmuşdur.(Tərəfdaş nazirliklər: Mədəniyyət Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi). 3 Serial, bir neçə tam və qısa metrajlı filmlərin ssenari müəllifi və quruluşçu rejissoru olmuşdur. 2006-cı ildə "Artist" kino şirkətini təsis etmişdir. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında quruluşçu rejissor (2019 — davam edir) kimi işləyir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000–2006), Space Müstəqil Teleşirkətində rejissor (2002–2004), İctimai Tv — də rejissor (2005–2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006–2008), Sumqayit Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan Dövlət Televiziyasında (AzTv) rejissor (2007–2009) , Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006–2012) kimi işləmişdir.