. Love.az

Samtredia - Wikipedia - Love.az

Ana Səhifə - Samtredia

Samtredia (gürc. სამტრედია) – Gürcüstannın qərbində şəhər, İmeretiya regionunda şəhər. Şəhər Kolxid düzənliyində, Kutaisidən 27 km qərbdədir. Samtredia şəhərinin adının mənası "Mtredi" (hərf. "göyərçin yuvası") sözündən yaranmışdır.

Şəhər
Samtredia
სამტრედია
42°09′45″ şm. e. 42°20′30″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1880
Mərkəzin hündürlüyü 25 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 22.201 nəf. (2023)[1]
Rəsmi dili
  • gürcü dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 3900[2]
Digər
samtredia.gov.ge
Xəritəni göstər/gizlə
Samtredia xəritədə
Samtredia
Samtredia
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 İqlim
  • 3 Tarixi abidələr
  • 4 Samtrediada doğulmuş məşhurlar
  • 5 Həmçinin bax

Tarixi

redaktə

Samtredianın adı XVIII əsrin ikinci yarısından Samtredia kəndi kimi tarixi mənbələrdə xatırlanır. Bura İmeretidən olan Mikeladze knyazlarına məxsus idi. 1871-1872-ci illərdə Tbilisi-Poti dəmir yolunun tikintisi Samtrediyanın əhəmiyyətini artırmışdır. Bu dövrdən etibarən Samtredia bir şəhər olaraq adlandırılır.

İqlim

redaktə

İqlimi yumşaq subtropik və rütubətlidir. Şəhərin yaxınlığında iki çay qovuşur - Rioni və Tsxenitskali.  

Tarixi abidələr

redaktə
  • Gelati monastırı - gürcü çarı David Aqmaşenebeli tərəfindən 1106-cı ildə inşa etdirilmişdir.
  • Baqrati kafedral monastırı - gürcü çarı III Baqratın adından götürülmüşdür.
  • Kulaşi kəndi yaxınlığında Mikeladze dinastiyasına məxsus XVI əsrdə inşa edilmiş kilsə qalıqları aşkar olunmuşdur.

Samtrediada doğulmuş məşhurlar

redaktə
  • Aleksandr Nikuradze (1900−1981), Fizik
  • Kaxa Kaladze (* 1978), Futbolçu
  • David Cocua (* 1989), Şahmatçı
  • Meri Arabidze (* 1994), Şahmatçı
  • Akaki Çaçua (* 1969), Ringer

Həmçinin bax

redaktə
  1. ↑ https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. ↑ Georgian Post. 1805.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samtredia&oldid=7791022"
LOVE.AZ