. Love.az

Samuel Koen - Wikipedia - Love.az

Ana Səhifə - Samuel Koen

Samuel Koen (ing. Samuel Theodore Cohen; 25 yanvar 1921 - 28 noyabr 2010) — ABŞ fiziki, Neytron bombasının yaradıcısı.

Samuel Koen
ing. Samuel Theodore Cohen
Doğum tarixi 25 yanvar 1921
Doğum yeri
  • Bruklin, Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 28 noyabr 2010 (89 yaşında)
Vəfat yeri Los-Anceles, ABŞ
Vəfat səbəbi mədə xərçəngi
Elm sahəsi fizika
Təhsili
  • Los-Anceles Kaliforniya Universiteti

Samuel Koen neytron bombasının konsepsiyasını 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.

Mədə xərçəngindən əziyyət çəkən 89 yaşlı alim Los-Ancelesdə evində vəfat etmişdir.

Mənbə

redaktə
  • Neytron bombasını yaradan öldü Arxivləşdirilib 2010-12-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Samuel_Koen&oldid=6726380"
LOVE.AZ