Samvel Cəmili Karapetyan (erm. Սամվել Ջամիլի Կարապետյան; təxəllüsü: Oqanovski; 11 sentyabr 1962[1], Stepanakert) — Ermənistan hərbi komandiri. O, Birinci Qarabağ müharibəsində iştirak etmişdir və general-mayor rütbəsinə malikdir.
Samvel Karapetyan | |
---|---|
erm. Սամվել Ջամիլի Կարապետյան | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 sentyabr 1962(1962-09-11)[1] (62 yaş) |
Doğum yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Dağlıq Qarabağ Respublikası |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Samvel Karapetyan 1962-ci ildə Xankəndində anadan olmuşdur. O, 1980–1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Qarabağ hərəkatının tərəfdaşlarından biri olan Karapetyan başçılıq etdiyi dəstə 1988-ci ildə Əsgəran yaxınlığında mitinq üçün Ağdamdan Xankəndinə doğru irəliləyən azərbaycanlıların önünə çıxmış, nəticədə çaxnaşma yaranmışdır. O, Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdir.[2]
Karapetyan 1992–1994-cü illərdə Xankəndi alayına komandanlıq etmişdir. Onun komandanlığı altında olan qüvvələr Qarabağda 18-ə yaxın kəndi işğal etmişdir.[3] Karapetyan Araz çayından Murov dağ silsiləsinə qədər olan ərazidə gedən döyüşlərdə iştirak etmiş, döyüş meydanında dəfələrlə yaralanmışdır.[4]
Aparılan istintaq sonrası məlum olmuşdur ki, Karapetyan 1 mart 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərə atəş açılmasını əmr etmişdir.[5]