. Love.az

San Marino Kapitan Regenti - Wikipedia - Love.az

Ana Səhifə - San Marino Kapitan Regenti

San-Marino Kapitan-Regentləri[1] — San-Marino Respublikasının dövlət başçıları.

San-Marino Respublikasının Kapitan-Regenti
it. Capitano reggente della Serenissima Repubblica di San Marino
Vəzifədədir
Denise Bronzetti
İtalo Riqi

1 aprel 2025-ci ildən
Başçılıq edir San-Marino
Rəsmi iqamətgahı İctimai saray, San-Marino
Səlahiyyət müddəti 6 ay
Vəzifənin təsis tarixi 1243
Təyinat Böyük və Ümumi Şura

Kapitan-Regentlər (it. Capitani Reggenti) San-Marinonun iki dövlət başçısıdır. Onlar hər altı aydan bir ölkənin qanunverici orqanı olan Böyük və Ümumi Şura tərəfindən seçilir. Normalda Kapitan-Regentlər koalisiyadakı partiyalardan seçilir və altı aylıq müddətə xidmət edirlər. Kapitan-Regentlərin səlahiyyət vaxtları hər il aprelin 1-dən oktyabrın 1-ə kimidir. Bu ənənə 1243-cü ilə aiddir. İkili hökumət başçıları praktikası (diarxiya) bilavasitə Roma Respublikasının adət-ənənələrindən irəli gəlir, bu da Qədim Roma konsullarına bərabərdir, lakin Kapitan-Regentlər icra hakimiyyətinə malik deyillər.[2]

Seçki qaydası

redaktə

Kapitan-Regentlər altı ay müddətə Böyük və Ümumi Şura tərəfindən seçilir. Seçki proseduru 1600-cü il tarixli San-Marino Konstitusiyasına əsaslanan 1945-ci ildə qəbul edilmiş qanun ilə tənzimlənir. Hər iki Kapitan-Regent mütləq səs çoxluğu əldə etdikdə seçilir. Heç biri kifayət qədər səs toplamasa, ikinci səsvermə keçirilir.

Kapitan-Regentlər seçkilərdə iştirak etmək üçün aşağıdakı tələblərə cavab verməlidir:

▪ Doğuşdan vətəndaşlıq;

▪ Yaşı 25-dən aşağı olmayan;

▪ Böyük və Ümumi Şuranın seçilmiş deputatı olan;

▪ Son üç ildə Kapitan-Regent seçilməyən.[3]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. ↑ "San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperonidən » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2025-03-12.
  2. ↑ Captains Regent
  3. ↑ Captians Regent
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=San-Marino_Kapitan-Regenti&oldid=8141208"
LOVE.AZ