. Love.az

Sasaki Takatsuna - Wikipedia - Love.az

Ana Səhifə - Sasaki Takatsuna

Sasaki Takatsuna (佐々木 高綱?, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü.[1] Qenpey müharibəsində iştirak etmişdir.[1]

Sasaki Takatsuna
yap. 佐々木高綱
Doğum tarixi 1160
Vəfat tarixi 8 dekabr 1214(1214-12-08)
Fəaliyyəti Samuray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Qeydlər
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Həyatı

redaktə

Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur.[1] Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi.[1] Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir.[1] Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir.[1]

Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur.[1] O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir.[1] O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir.[1] Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin[a] şuqosu təyin edilmişdir.[1] Deyilənə görə Takatsuna 1195-ci ildə titulunu və mülklərini oğluna etibar edərək Koya dağında Şinqon keşişi olmuşdur.[1]

1184-cü ildə döyüşdən öncə Kacivara Kaqesueyə qarşı Uci çayı boyunca etdiyi at yarışı Yaponiyada populyar hekayələrdən birinə çevrilmiş, müharibə incəsənətinin mövzularından biri olmuşdur.[1]

Qeydlər

redaktə
  1. ↑ Hazırda Yamaquçi prefekturası.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 23. ISBN 0-87011-627-4. İstifadə tarixi: 22 iyul 2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sasaki_Takatsuna&oldid=6544430"
LOVE.AZ