. Love.az

Sayoko Yamaquci - Wikipedia - Love.az

Ana Səhifə - Sayoko Yamaquci

Sayoko Yamaquçi (山口小夜子, Yamaquçi Sayoko?, 19 sentyabr 1949[1], Yokohama – 14 avqust 2007[2], Tokio) – Yaponiya modeli, aktrisası və dizayneri. Yaponiyanın ilk moda ikonalarından biridir.

Sayoko Yamaquçi
yap. 山口小夜子
Doğum tarixi 19 sentyabr 1949(1949-09-19)[1]
Doğum yeri
  • Yokohama, Kanaqava prefekturası, Yaponiya
Vəfat tarixi 14 avqust 2007(2007-08-14)[2] (57 yaşında)
Vəfat yeri
  • Tokio, Yaponiya
Fəaliyyəti aktrisa, model[d], fotomodel[d], dəb dizayneri

Mündəricat

  • 1 Həyatı
  • 2 İrsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Sayoko Yamaquçi 1949-cu ildə Yokohamada doğulmuşdur.[3][4] Suqino dərziçilik məktəbindən məzun olduqdan sonra model kimi işləməyə başlamışdır.[4] O, 1971-ci ildə Paris kolleksiyası üçün podiuma çıxan ilk yapon model olmuş və bu çıxışından sonra tanınmış Asiya modellərindən birinə çevrilmişdir.[3] 1974-cü ildə "Newsweek" jurnalı onu "dünyanın ən yaxşı dörd modelindən biri" adlandırmışdır.[3] 1970 və 1980-ci illərdə Nyu-York və Parisdə modellik etmişdir.[4]

Yamaquçi Kenzo Takada və Kansay Yamamoto kimi Yaponiya modelyerlərinin şoularında çıxış etmişdir.[4] Yamamoto müsahibələrinin birində bildirmişdi ki, "o, Yaponiya qadınlarının gözəl olduğunu hiss etdirən ilk şəxs olmuşdur".[4] Yamaquçinin kare saç düzümü və uzun dar gözləri Qərb dünyasında Asiya gözəlliyinin simvollarına çevrilmişdir.[4]

Yamaquçi 2007-ci ildə pnevmoniyadan ölmüşdür.[4]

İrsi

redaktə

Tokio Müasir İncəsənət Muzeyində ona həsr olunmuş sərgi təşkil olunmuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 IMDb (ing.). 1990.
  2. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 3 4 "'Sayoko Yamaguchi: The Wearist, Clothed in the Future'". The Japan Times (ingiliscə). 7 aprel 2015. 23 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2022.
  4. ↑ 1 2 3 4 5 6 7 "Renowned model Yamaguchi dies". The Japan Times (ingiliscə). 21 avqust 2007. 29 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2022.

Xarici keçidlər

redaktə
  • Sayoko Yamaquçi — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sayoko_Yamaquçi&oldid=7036592"
LOVE.AZ