. Love.az

Scarturus Elater - Wikipedia - Love.az

Ana Səhifə - Scarturus Elater

Scarturus elater (lat. Scarturus elater) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin scarturus cinsinə aid heyvan növü.

Scarturus elater
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Klad:
Gliriformes
Klad:
Glires
Klad:
Simplicidentata
Dəstə:
Gəmiricilər
Yarımdəstə:
Myomorpha
Fəsiləüstü:
Dipodoidea
Fəsilə:
Ərəbdovşanlar
Yarımfəsilə:
Allactaginae
Cins:
Scarturus
Növ:
Scarturus elater
Beynəlxalq elmi adı
  • Allactaga elater Licht., 1825[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  609735
NCBI  73861
EOL  327869

Mündəricat

  • 1 Xarici görünüşü
  • 2 Yayılması
  • 3 Həyat tərzi
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Xarici görünüşü

redaktə

Xarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95-118 mm, dal pəncənin uzunluğu 48-56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir.

Yayılması

redaktə

Arealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır.

Həyat tərzi

redaktə

Yuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır. Yeraltı yolların uzunluğu 150 sm, eni isə 3-3,5 sm-ə qədərdir. Bala çıraxmaq üçün diametri 10 sm olan yuva hazırlayır. Yuvanı quru və yumşaq otlardan düzəldir.

Kiçik ərəbdovşanlarının əsas qidasını bitkilərin soğanacaqları, kökləri və yaşıl hissələri, həmçinin həşəratlar təşkil edir. Gizli həyat tərzi keçirir, ala-qaranlıq və gecə vaxtı fəaldır.

Arealının böyük hissəsində təqribən 4 ay qışlamaya gedir (noyabrın ortalarından martın ortalarına qədər), lakin Zaqafqaziyada qış yuxusuna getmir. Qış yuxusudan oyandıqdan sonra çoxalmağa başlayır. İl ərzində 2-3 dəfə olmaqla, 2-7 bala verir.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2002.
  2. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Scarturus_elater&oldid=6975993"
LOVE.AZ