Sektor Qaza (rus.; Сектор Газа) — 1987-ci ildə Voronej şəhərində yaradılmış, SSRİ və Rusiyanı təmsil edən rok qrupu. Qrupun yaradıcısı Yura Hoy ləqəbiylə tanınan Yuri Klinskidir.[1] Qrup 2000-ci ilə kimi fəaliyyət göstərib.
Sektor Qaza | |
---|---|
![]() | |
Əsas məlumatlar | |
Üslub |
Hard rok Folk-rok Pop rok Alternativ rok Alternativ metal |
Fəaliyyət illəri | 1987-2000 |
Ölkə |
SSRİ Rusiya |
Şəhər | Voronej |
Dil | Rus dili |
Leybl | "Black Box" (1989—1990), "S.B.A./Gala Records" (1991—2000) |
Heyət | Yuri Klinski, İqor Jurnov, Vadim Qluxov, İqor Anikeyev |
http://sektorgaza.net/ | |
![]() |
9 iyun 1988-ci ildə Voronej şəhərinin rok zalında qrupun ilk konserti baş tutub.[2]
Sektor Qaza qrupu 5 dekabr 1987-ci ildə Voronejdə, "Yuri Hoy" ləqəbi ilə tanınan Yuri Klinski tərəfindən qurulub.[3] Yuri Hoyun qrupu yaratdığı rok zalı, Voronejdə zavodların yaxınlığında yerləşdiyi üçun zalın ətrafı tüstu və duman ilə əhatəli olurmuş. Bu cür ətraf mühit, Yuri Klinskiyə tez tez partlayışların olduğu İsrailin Qəzzə zolağını xatırladır. Buna görə də yeni yaradılan qrupa Sektor Qaza adı verilir.[4][5][6]
Sektor Qazanın qrup şəklində ilk çıxışı 9 iyun 1988-ci ildə yerli rok klubunda baş tutur, lakin qrupun rəsmi qurulduğu tarix Yuri Klinskinin ilk solo konsert verdiyi 5 dekabr 1987-ci il tarixindən hesablanır.[3]
1990-cı ildə qrupun ilk studiya albomları olan Zloveşie Mertvetsı (rus: Зловещие Мертвецы) və Yadryona Voş (rus: Ядрёна Вошь) albomları çıxır. Klinski albom yazılacaq studiyanın icarə pulunu vermək üçun motosiklini satır.[3]
1991-ci ildə Sektor Qaza SSRİ Mərkəzi Televiziyasında 50x50 və Programma A proqramlarında çıxış edərək televiziyada debüt edir.[5] Bu debüt qrupu məşhurlaşdırır.
4 iyul 2000-ci ildə Yuri Klinskinin mədəsində və sinəsinin sol hissəsində güclü ağrıları yaranır. Qısa müddət sonra Klinski, ürək çatışmazlığından vəfat edir. Yuri Klinskinin vəfatından sonra qrupun fəaliyyəti dayanır.