. Love.az

Selena Qomez - Wikipedia - Love.az

Ana Səhifə - Selena Qomez

Selena Mari Qomez (ing. Selena Marie Gomez; 22 iyul 1992[1][2][…], Qrand-Preri[d]) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq yaşlarında aktrisalıq edərək başlayıb, 2002–2004-cü illərdə "Barni və dostları" teleserialında rol alıb. Selena 2007–2012-ci illərdə Disney Channel-in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb. Selena 2008-ci ildə Hollywood Records ilə müqaviləyə imza atıb və Selena Gomez & the Scene adlı musiqi qrupunu formalaşdırıb. Selenanın ön planda olduğu bu pop-rok qrupu 2012-ci ildə dağılmazdan əvvəl üç ədəd studiya albomu çıxarmışdı. Bu qrupun ən populyar mahnısı "Love You like a Love Song" idi.

Selena Qomez
isp. Selena Gomez
Ümumi məlumatlar
Doğum adı Selena Marie Gomez
Doğum tarixi 22 iyul 1992(1992-07-22)[1][2][…] (32 yaş)
Doğum yeri
  • Qrand-Preri[d]
Partnyoru
  • Castin Biber (2010–2012)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı, musiqi prodüseri, aktrisa, səsləndirmə aktrisası[d], model[d], dəb dizayneri, kinematoqraf[d], biznes ledi, uşaq aktrisa[d]
Fəaliyyət illəri 2002-ci ildən
Janrlar pop musiqisi, dans-pop, elektropop[d], pop-rok, müasir R&B[d], alternativ R&B[d]
Musiqi alətləri zərb alətləri, zərb qurğusu[d], baraban
Albom şirkətləri Hollywood Records, Interscope Records
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2024
İmzanın şəkli
selenagomez.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Selena Qomez müğənni kimi solo karyerasına 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxaraq başlamışdır. Bu, onun Billboard 200 musiqi cərgəsinin birinci pilləsinə yüksələn ilk albomu olmuşdur. Albomun xeyli sayda ölkədə hit olan sinqlları "Come & Get It" və "Slow Down" idi.

Mündəricat

  • 1 Həyatı
  • 2 Şəxsi həyatı
  • 3 Diskoqrafiya
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar
  • 6 Mənbə

Həyatı

redaktə

Selena Qomez əslən meksikalı və italyan mənşəlidir.[3][4][5] Onun ata tərəfdən babası 1970-ci illərdə Meksikanın Monterrey şəhərindən ABŞ-nin Texas ştatına köçüb. Ona 1995-ci ildə 23 yaşında olarkən qətlə yetirilən müğənni Selenanın adı qoyulub.

Şəxsi həyatı

redaktə

Selena Qomez Los-Anceles qraflığındakı Kalabasas şəhərində yerləşən 6.6 milyon dollarlıq malikanədə yaşayır. 2008-ci ildə Nik Conas ilə romantik münasibət qurub. 2010–2018-ci illərdə kanadalı müğənni Castin Biber ilə ara-sıra sevgili olub.[6][7] 2015-ci ildə rusiyalı-alman dicey Zedd ilə münasibət qurub və sonrakı il ayrılıb.[8] 2017-ci ildə The Weeknd ilə birlikdə olub.[9] 2023-cü ilin dekabrında musiqi prodüseri Benni Blanko ilə romantik münasibətdə olduğunu bildirib.[10][11]

Diskoqrafiya

redaktə

Selena Gomez & the Scene albomları

  • Kiss & Tell (2009)
  • A Year Without Rain (2010)
  • When the Sun Goes Down (2011)

Solo albomları

  • Stars Dance (2013)
  • Revival (2015)
  • Rare (2020)

Filmoqrafiya

redaktə
  • Spy Kids 3-D: Game Over (2003)
  • Horton kimi eşidir? (2010)
  • Monte-Karlo (2011)
  • The Muppets (2011)
  • Spring Breakers (2012)
  • Transilvaniya hoteli (2012)
  • Qayğının əsasları (2016)
  • Neighbors 2: Sorority Rising (2016)

İstinadlar

redaktə
  1. ↑ 1 2 Cunningham J. M. Selena Gomez // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Selena Gomez // Dutch Top 40.
  3. ↑ "Selena Gomez and Jake T. Austin on being latin". Showbizcafe.com. September 13, 2008. April 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2011.
  4. ↑ Curiel, Kamren. "Selena Gomez Supports Her Mom at Foster Care Fundraiser". Latina. June 14, 2012. February 1, 2020 tarixində arxivləşdirilib. ...her mother Mandy Teefey. 'I was adopted, I was a teen mother,' Gomez's mom said.
  5. ↑ "TV: Life is magical for 'Wizards' star". The Fresno Bee. August 8, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2013. Because Gomez's father is from Mexico, she has been able to attend many family quinceñeras. But the actress, whose mother is half-Italian, did not have her own.
  6. ↑ Muller, Marissa G. "Justin Bieber and Selena Gomez May Have Broken Up for Good This Time". W Magazine. March 27, 2018. June 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2024.
  7. ↑ Lewis, Anna; Baxter-Wright, Dusty. "Justin Bieber and Selena Gomez: a timeline of their relationship". Cosmopolitan. March 28, 2018. July 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2024.
  8. ↑ "Selena Gomez's Ex Zedd Reveals The One Annoying Thing About Dating The Singer". Elle. August 11, 2017. October 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2020.
  9. ↑ Yagoda, Maria. "Everything We Know About Selena Gomez and The Weeknd's Whirlwind Romance". People. May 25, 2017. January 7, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 12, 2017.
  10. ↑ Khalil, Hafsa. "Selena Gomez confirms she's in a relationship with Benny Blanco". CNN. December 8, 2023. December 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2023.
  11. ↑ Gibson, Kelsie. "Who Is Selena Gomez's New Boyfriend? All About Benny Blanco". People. December 7, 2023. December 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2023.

Mənbə

redaktə
  • Rəsmi saytı
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Selena_Qomez&oldid=7699014"
LOVE.AZ