. Love.az

Semyon Bretanitski - Wikipedia - Love.az

Ana Səhifə - Semyon Bretanitski

Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır.

Semyon Bretanitski
rus. Семён Леонтьевич Бретаницкий
Ümumi məlumatlar
Doğum tarixi 7 dekabr 1886
Doğum yeri Odessa, Odessa qəzası, Xerson quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 yanvar 1963 (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan AXC→
SSRİ SSRİ
Uşağı
  • Leonid Bretanitski
Musiqiçi məlumatları
Fəaliyyəti skripkaçı, musiqi pedaqoqu, konsertmeyster
Musiqi alətləri skripka, kamança
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1936
"Şərəf nişanı" ordeni — 19461946

Mündəricat

  • 1 Həyatı
  • 2 Təltif və mükafatları
  • 3 Qeydlər
  • 4 İstinadlar

Həyatı

redaktə

Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin[ing.] sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır.[1]

1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində[a] müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir.[2] Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq[ing.], Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.[1]

Semyon Bretanitski Azərbaycan bəstəkarlarının bir sıra skripka əsərlərinin ilk ifaçısı olmuşdur. O, Azərbaycanda ilk simli kvartetin (1925) və fortepiano triosunun (1937) təşkilatçısı və iştirakçısıdır.[2]

Semyon Bretanitski 7 yanvar 1963-cü ildə Bakıda vəfat etmişdir.[1]

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936[⇨]
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946

Qeydlər

redaktə
  1. ↑ Həmin dövrdə Bakı Musiqi Texnikumu Rus İmperator Musiqi Cəmiyyəti nəzdində fəaliyyət göstərir və Bakı şöbəsi adlanırdı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Бретани́цкий Семён Леонтьевич // Музыкальная энциклопедия: [в 6 т.]. Т. 1. А — Гонг. М.: Советская энциклопедия. гл. ред.: Ю. В. Келдыш. 1973. стб. 572. 102 000 экз.
  2. ↑ 1 2 Бретани́цкий Семён Леонтьевич // Музыкальный энциклопедический словарь / гл. ред.: Г. В. Келдыш. М.: Советская энциклопедия. 1990. С. 82. ISBN 5-85270-033-9. 150 000 экз.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Semyon_Bretanitski&oldid=6443052"
LOVE.AZ