. Love.az

Sencu Yun Fabriki - Wikipedia - Love.az

Ana Səhifə - Sencu Yun Fabriki

Sencu yun fabriki (千住製絨所, Sencu seycuşo?) – Yaponiyanın ilk yun fabriki.[1] Tokionun Sencu rayonunda yerləşirdi.[1]

Sencu yun fabriki
Ümumi məlumatlar
Ölkə
  •  Yaponiya

Mündəricat

  • 1 Tarixi
  • 2 İncəsənətdə
  • 3 İstinadlar
  • 4 Ədəbiyyat

Tarixi

redaktə

Sencu yun fabriki Meyci hökuməti tərəfindən müasir sənayeni inkişaf etdirmək məqsədilə yaradılmış bir çox model fabrikdən biri idi.[1] Fabrik Almaniyadan gətirilmiş maşınlarla və alman texniklərlə yaradılmış, 1879-cu ildə fəaliyyət göstərməyə başlamışdır.[1] Fabrikin məqsədi özəl müəssisələr üçün model təşkil etmək, eləcə də, ordunun hərbi formalara və digər yun məmulatlarına olan təlabatını ödəmək idi.[1]

Fabrikin idarəçiliyi 1881-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə, 1888-ci ildə isə Ordu Nazirliyinə keçmişdir.[1] Digər dövlət müəssisələrindən fərqlənən cəhəti ölkəni tamamilə yeni sənaye sahəsi ilə tanış edən yeganə hökumət fabriki olması idi.[1] Özəl yun sənayesi sektoru pambıqəyirmə və ipəksarımaya nəzərən ləng inkişaf etdiyi üçün Sencu yun fabriki bu sahədə əhəmiyyəti qoruya bilən yeganə müəssisə olmuşdur.[1] XX əsrə qədər Yaponiyada yun parçalar istehsal edən əsas fabrik olmuşdur.[1]

İncəsənətdə

redaktə

Yasuci İnoenin "Tokionun 100 görünüşü" seriyasına (1881–1889) daxil olan şəkillərdən biri Sencu yun fabrikinə həsr olunmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan
  2. ↑ "Woolen Textile Factory at Senju". Edo Haku Archives (ingiliscə). 5 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2023.

Ədəbiyyat

redaktə
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 66. ISBN 0-87011-627-4. İstifadə tarixi: 5 yanvar 2023.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sencu_yun_fabriki&oldid=7489207"
LOVE.AZ