Sergey Mixaylov (rus.: Серге́й Миха́йлович Михалёв , 5 oktyabr 1947 – 21 aprel 2015[1]) — Sovet və rusiyalı hokkeyçi,hokkey məşqçisi. Rusiya Sosialist Respublikasının əməkdar məşqçisi.
Sergey Mixaylov | |
---|---|
Vətəndaşlıq | |
Doğum tarixi | 5 oktyabr 1947(1947-10-05) |
Vəfat tarixi | 21 aprel 2015(2015-04-21)[1] (67 yaşında) |
![]() |
1947-ci ildə Rusiya Sosialist Respublikasının Çelyabinsk əyalətində doğulmuş Sergey Mixaylov karyerasına, 1966-cı ildə Çelyabinski təmsil edən "Burevestnik" komandasında başlayıb. Bu komandada 4 il çıxış etdikdən sonra 1970-ci ildə Ufa şəhərini təmsil edən "Salavat Yulaeva" komandasına keçir.
Ufa təmsilçisinin heyətində 4 il çıxış etdikdən sonra, hərbi xidmət ilə əlaqədar olaraq Kuynışevi təmsil edən "OİK" klubuna keçir. Ordu komandasında 1 il çıxış etdikdən sonra təkrar "alavat Yulaeva" komandasına geri dönur və burada iki il çıxış etdikdən sonra 1977-ci ildə hokkeyçi karyerasını bitirir.
Karyerasını bitrirdikdən iki il sonra, 1979-cu ildə "Salavat Yulaeva" komandasında məşqçi kimi işləməyə başlayır və 1989-cu ildə komandanın baş məşqçisi təyin edilir.
1990-cı ildə "Lada" hokkey klubunun baş məşqçi köməkçisi təyin edilir. "Lada" komandasında 1999-cu ilə kimi işləyir. "Lada"dan ayrıldıqdan sonra "Severstali" klubunun baş məşqçisi təyin edilir və 2005-ci ilə kimi bu kluba rəhbərlik edir.[2]
9 noyabr 2005-ci ildə hokkeyçi kimi karyerasının böyük hissəsini keçirdiyi və köhnə komandası olan "Salavat Yulaeva" komandasına baş məşqçi təyin edilir.[3]
2009-cu ildə "Torpeda" klubuna baş məqşçi təyin edilir[4], ancaq 6 oyundan sonra uğursuz olduğu çun klubdan qovulur.[5]
30 may 2011-ci ildə baş məşqçi kimi üçuncu dəfə "Salavat Yulaeva" klubuna dəvət edilir.[6] 3 noyabr 2011-ci ildə Ufa təmsilçisi ilə müqaviləsini ləğv edir və məşqçilik karyerasını bitirir.[7]