. Love.az

Serkan Ramanli - Wikipedia - Love.az

Ana Səhifə - Serkan Ramanli

Serkan Ramanlı (1980, Batman ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Serkan Ramanlı
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023 — Batman
Şəxsi məlumatlar
Doğum tarixi 1980
Doğum yeri
  • Batman ili, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
  • Hür Dava Partiyası
Təhsili
  • Van Yüzüncü İl Universiteti[d],
  • Səlcuq Universiteti
Fəaliyyəti hüquqşünas, siyasətçi

Həyatı

redaktə

Serkan Ramanlı 1980-ci ildə Batman ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Batman ilində alıb. Van Yüzüncü İl Universiteti Ədəbiyyat Bölməsindən və Səlcuq Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

Hüquqşünas olaraq çalışıb. Batman Bürosunun Baş Katibi və sədr müavini vəzifələrində təmsil olunub.[1]

Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının sözçüsü vəzifələrində çalışır.[1]

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Kürdcə və ingiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 TBMM. "Serhan RAMANLI". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Serkan_Ramanlı&oldid=7585855"
LOVE.AZ