İmanova Sevinc Nuru qızı (22 avqust 1964, Bakı) — Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1999), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).
Sevinc Nuruqızı | |
---|---|
![]() | |
Doğum adı | Sevinc İmanova |
Doğum tarixi | 22 avqust 1964(1964-08-22) (60 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | uşaq ədəbiyyatı yazıçısı, yazıçı, şair |
Üzvlüyü | |
![]() |
Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981-ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam rayonu Şelli-Qaradağlı kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdır[1] (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət" qəzetində baş redaktorun müavini (2003–2006), "Minamedia" nəşriyyat evində "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" və "Nağıl saatı" verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi "Göy Qurşağı" uşaq jurnalının redaktoru olmuşdur (2015–2021).
Hazırda "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir[2] (2007-ci ildən).Dövri mətbuatda dərc edilən yüzlərlə publisistik yazının müəllifidir. Əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, bir çox mükafatlara layiq görülmüşdür[3].
Əsərlərinə qoyulan tamaşalar
Mükafatları və təltifləri