Seyson Maeda (前田 青邨, Maeda Seyson?, 27 yanvar 1885[1][2], Nakatsuqava[d], Gifu prefekturası – 29 oktyabr 1977, Kamakura, Kanaqava prefekturası) və ya doğum adı ilə Renzo Maeda – Yaponiya nihonqa rəssamı.
Seyson Maeda | |
---|---|
yap. 前田青邨 | |
![]() | |
Doğum tarixi | 27 yanvar 1885(1885-01-27)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 29 oktyabr 1977(1977-10-29) (92 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Mükafatları |
![]() |
![]() |
1885-ci ildə Yaponiyanın Gifu prefekturasında doğulmuşdur. 1901-ci ildə Tokioya köçmüşdür. Maruyama-Şico məktəbinin nümayəndəsi olan, qəzet və jurnal rəssamı Kacita Hankodan rəssamlıq dərsi almışdır. Okakura Kakuzonun təsiri ilə qədim yapon incəsənətini öyrənmişdir.[3] 1906-cı ildən sonra bir neçə rəssam qruplarının üzvü olmuşdur. Maeda "Kocikay" sənətçi qrupunun üzvü olmuş, Okakuranın 1913-cü ildəki ölümündən sonra Yaponiya Təsviri Sənət Akademiyasının yenidən təşkil olunmasında iştirak etmişdir.[4]
1922 və 1923-cü illərdə Avropaya səfər etmişdir.[3] 1922-ci ildə Fransada incəsənət təhsili almışdır.[5] 1935-ci ildə İmperator Təsviri Sənət Akademiyasında işləməyə başlamışdır. 1938-ci ildə Çinə səfər etmiş, Datun şəhəri yaxınlığında yerləşən buddist mağara məbədlərini ziyarət etmişdir. Bu mağaralar onun bir neçə rəsm əsəri üçün ilham mənbəyi olmuşdur.[3] Onun "Yoritomo mağarada" əsəri mükafata layiq görülmüşdür.[5]
1944-cü ildə saray rəssamı, 1946-cı ildə Nitten sərgisinin jürisi təyin olunmuşdur. Tokio İncəsənət Universitetinin incəsənət professoru olmuş, 1959-cu ilə qədər universitetdə dərs demişdir. 1949-cu ildə Narada yerləşən Horyu məbədinin əsas zalında baş verən yanğın nəticəsində məhv olmuş rəsm əsərlərinin restavrasiyası ilə məşğul olmuş ekspert qrupuna rəhbərlik etmişdir.[3] 1959-cu ildən sonra İmperatriça Naqakonun rəsm müəllimi olmuşdur.[6] Kabuki tamaşaları da yazmışdır.[5]
Maeda əvvəlcə tarixi və əfsanəvi mövzularda əsərlər çəkmiş, zireh geyinən fiqurları təsvir etmişdir. 1945-ci ildən sonra yapon festivalları və portretlər çəkməyə başlamışdır. Nihonqa üslubunda olan əsərləri Qərb realizminin elementlərini əks etdirmişdir.[4]
1929-cu ildə Asahi Mədəniyyət Mükafatını qazanmışdır.[4] 1955-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[3]