Sidni Bernis Svini (12 sentyabr 1997) — ABŞ aktrisası. Onun istedadı 2018-ci ildə "Everything Sucks!", "The Handmaid's Tale" serialları və "Sharp Objects" mini-serialındakı rolları ilə üzə çıxıb. Növbəti il rejissor Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filmində rol alması aktrisa kimi tanınmasında mühüm rol oynayıb.
Sidni Svini | |
---|---|
ing. Sydney Sweeney | |
![]() | |
Doğum tarixi | 12 sentyabr 1997(1997-09-12) (27 yaş) |
Partnyorları |
|
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, aktrisa, film prodüseri, prodüser |
Fəaliyyət illəri | 2009-cu ildən |
Boyu | 161 sm |
IMDb | ID2858875 |
![]() |
|
![]() |
Sidni əsas şöhrətini HBO kanalının "Eyforiya" (2019-cu ildən) serialı və "Ağ lotos" antologiyasının birinci mövsümündəki (2021) ifası sayəsində qazanıb. Bu layihələrdəki uğurlu çıxışları ona iki "Emmi" mükafatına namizədlik gətirib.[1][2] Aktrisanın yaradıcılıq bioqrafiyasında 2023-cü il xüsusilə məhsuldar olub - "Reality" dramında Rialiti Vinner obrazını canlandırıb, romantik komediya janrında çəkilmiş "Anyone but You" filmində baş rola çəkilib. 2024-cü ildə fərqli ampluada - "Madame Web" superqəhrəman filmində rol alıb, eləcə də "Immaculate" qorxu filminin həm prodüseri, həm də baş rol ifaçısı olub.
Sidni Bernis Svini 1997-ci il sentyabrın 12-də Vaşinqton ştatının Spokan şəhərində keçmiş cinayət işləri üzrə vəkil Liza Madd ilə otelçilik işində çalışan Stiven Svininin ailəsində doğulub.[3][4][5] Bir qardaşı olan aktrisanın uşaqlıq illəri Aydaho ştatının şimal bölgəsində, Vaşinqton sərhədində yerləşən beş nəslin yaşadığı göl kənarındakı evin əhatəsində keçib.[6][7] Özünün söylədiyinə görə, dindar bir ailədə böyüyüb.[8]
Sidni orta təhsilini Spokandakı Müqəddəs Corc məktəbində alıb.[9] İdmanın müxtəlif növləri ilə məşğul olan aktrisa futbol, beysbol komandasının üzvü olub, qış mövsümündə xizəklə sürüşmə yarışlarında iştirak edib, veykbordinqlə məşğul olub. Uşaqlıq illərində veykbordinq məşqləri zamanı baş verən qəza nəticəsində lövhənin kənarı gözünün yanını kəsib, bunun izi indiyədək qalmaqdadır.
Sidni Svini Spokan bölgəsində çəkilən müstəqil filmdə rol alıb. Aktrisalıq sənətinə yiyələnmək üçün valideynlərini razı salmaq məqsədilə onlara beş illik iş planı təqdim edib. Sakit okean sahillərində - Sietl və Portlend şəhərlərində müxtəlif reklam çəkilişlərinə qatılmağa başlayan gənc aktrisanın ailəsi on üç yaşında Los-Ancelesə köçməyi məqsədəuyğun bilib.[10]
Sidni orta məktəb illərində robotexnika komandasının üzvü olub, riyaziyyat dərnəyində fəal iştirak edib.[11] Kaliforniyanın Börbenk şəhərindəki Brayton Holl məktəbini əla qiymətlərlə bitirib, məzuniyyət mərasimində valediktorian kimi çıxış edib.[12] 2016-cı ildə "Universal Studios Hollywood" şirkətində qısa müddətli işləyib, lakin aktrisalıq təklifi aldıqdan sonra oradan ayrılıb. Los-Anceles Universitetində təhsil alsa da, təhsilini yarımçıq qoyub.[13]
Sidni Svini 2018-ci ildə biznesmen Jonathan Davino ilə münasibət qurmağa başlayıb, 2022-ci ildə onlar nişanlanıblar.[14][15][16] İkisi birgə film istehsalı ilə məşğul olub, o cümlədən "Anyone but You" filmini ərsəyə gətiriblər. Sidni həmin dövrdə partnyorunu özünün "istehsalçı tərəfdaşı" adlandırıb. Lakin 2025-ci ildə cütlük ayrılıb, may ayında keçirilməsi nəzərdə tutulan toy mərasimi isə ləğv edilib.[17][18]
Sidni Svini avtomobil həvəskarıdır. 1969-cu il istehsalı olan Ford Bronco və 1965-ci il buraxılışlı Ford Mustang avtomobillərini bərpa edib. Ford şirkəti ilə əməkdaşlıq çərçivəsində 2024-cü il Mustang modelinin xüsusi dizaynını hazırlayıb.[19]