. Love.az

Sil Kanyonu - Wikipedia - Love.az

Ana Səhifə - Sil Kanyonu

Sil kanyonu (qalis. Canón do Sil) — İspaniyanın Qalisiya bölgəsində, Sil çayı boyunca yerləşən kiçik kanyon. Kanyon Sil çayının Minyo çayına tökülən hissəsinin 50 km-lik hissəsini təşkil edir. Kanyonun mənzərəsi Qalisiyada ən gözəl mənzərələrdən biri hesab olunur.[1] Yaxınlığında Noqueyra de Ramuin, Parade de Sil kimi yaşayış məskənləri yerləşir. Kanyon 5961,49 hektar ərazini əhatə edir.

Bəzi yerlərdə hündürlüyü 150 metrə çatır. Coğrafi quruluşu sayəsində burada Aralıq dənizinə bənzər iqlim hakimdir. Bu səbəbdən Aralıq dənizi iqlimində yetişən bitkilər də burada bitə bilir. Roma dövründən burada zeytun yetişdirilir və şərab istehsal edilir.[2]

Kanyon ərazisində 2000-dən çox heyvan növü yaşayır. Əhəmiyyətinə görə kanyon Natura 2000 yeri təyin olunmuşdur. 40 növ ciddi şəkildə qorunmaqdadır.[3]

Nişanlama
Natura 2000
Rəsmi adıCanón do Sil
TipiB
Tarixifevral, 1999
İstinad nöm.ES1120014

Qalereya

redaktə
  •  
  •  
  •  
  •  
  •  

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
  2. ↑ "Arxivlənmiş surət". 2015-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
  3. ↑ "Arxivlənmiş surət" (PDF). 2015-02-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.

Xarici keçidlər

redaktə
  Vikianbarda Sil kanyonu ilə əlaqəli mediafayllar var.
  • Ribeira Sacra e Canón do Sil Galisiyada turizm
  • El Cañon del Sil Arxivləşdirilib 2015-08-16 at the Wayback Machine paradadesil.es
  Qalisiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sil_kanyonu&oldid=6682720"
LOVE.AZ