. Love.az

Sinesteziya - Wikipedia - Love.az

Ana Səhifə - Sinesteziya
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Sinesteziya — iki və daha artıq müxtəlif fiziki sahəyə məxsus qavrayışın birləşməsi deməkdir, məsələn rəng və temperaturun eyni anda hiss edilməsi. Bu hal, hər hansı bir hiss orqanında alınan qıcıq nəticəsində həmin refleksəcavabdeh olan beyin arealı ilə yanaşı, başqa bir hiss orqanına məxsus beyin arealında da qavrama prosesinin baş verməsi ilə xarakterizə olunur. Alınan qıcıqları birləşmiş şəkildə qavrayan insanlar sinestetiklər adlanır.

Etimologiya

redaktə

"Sinesteziya" termini yunanca syn ("birlikdə") və aisthesis ("hiss") sözlərinin birləşməsindən yaranmışdır. Yaranan synaisthesia sözü "birləşmiş hiss etmə" mənasını verir. Bu söz "hisssizlik, hissiyyat itməsi" mənasını verən anesthesia (anesteziya) termini ilə eyni kökə mənsubdur.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sinesteziya&oldid=8119393"
LOVE.AZ