Sinopec (çin. 中国石化, Sinopek, Çin Neft və Kimya Korporasiyası) — Pekin şəhərinin Çaoyan rayonu mərkəzində yerləşən Çin neft və qaz şirkəti. SASAC (Dövlətə aid əmlakın nəzarət və idarəetmə komissiyası), Çin Neft və Kimya Korporasiyasına Çin Xalq Respublikasının Dövlət Şurası adına rəhbərlik edir. Sinopec adlanan Çin Neft və Kimya Korporasiyası Honkonq və Şanxay fond birjalarında qeydiyyata alınmış ictimai ticarət edilən alt şirkətə sahibdir. Çin Neft və Kimya Korporasiyası, dünyanın ən böyük neft emalı konqlomeratıdır, dövlətə məxsus müəssisədir və "Walmart"dan sonra dünya üzrə gəlirləri ən yüksək ikinci şirkətdir.[4]
Sinopec | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | neft sənayesi[d] |
Məhsulu | yanacaq |
Təsis tarixi | 2000 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
sinopecgroup.com | |
![]() |
1970-ci illərin sonlarına qədər ÇXR dünyanın ən böyük neft istehsal edən ölkələrindən birinə çevrilmiş və illik 100 milyon ton neft istehsal etməyə başlamışdır. Lakin neft, qaz istehsal və emal edən aktivlər müxtəlif şirkətlər və dövlət qurumları arasında dağılmışdı. 1980-ci illərdə bu aktivlərdən ibarət bir neçə iri korporasiya yaradılmışdır: "Çin Milli Dəniz Neft Korporasiyası" (CNOOC, 1982-ci il), "Çin Neft-Kimya Korporasiyası" (Sinopec, 1983-cü il), "Çin Milli Neft-Qaz Korporasiyası" (CNPC, 1988-ci il). Yalnız neft hasilatının baş verdiyi kiçik neft emalı zavodları istisna olmaqla neft-kimya korporasiyasına ölkənin əksər neft emalı gücləri verilmişdir. 1993-cü ildə neft məhsullarını bazara təqdim etmək üçün "China International United Petroleum and Chemicals Corporation" (Unipec), yaradılmışdır, tərəfdaş olaraq Çin Milli Kimya İdxal və İxrac Korporasiyası iştirak etmişdir. 1998-ci ildə ÇXR-in neft sənayesində struktur dəyişiklikləri həyata keçirilmişdir, xüsusən Sinopec, CNPC-dən bir sıra neft hasilat aktivlərini alaraq, əvəzində bəzi neft emalı zavodlarını təhvil vermişdir; Sinopec cənubda inteqrasiya olunmuş neft korporasiyası, CNPC isə şimalda yerləşən korporasiya olmuşdur (əsas aktivlərin yerləşməsi üzrə). 2000-ci ilin 25 fevralında Çin Neft və Kimya Korporasiyası (Sinopec Corporation) yaradılmışdır, korporasiya Çin Neft Kimya Korporasiyasının böyük əksəriyyətini özündə birləşdirmişdir. 2000-ci ilin oktyabrında Sinopec, Honkonq , Nyu-York və London birjalarında 16,78 milyard X seriyasından olan səhmlərini ilkin yerləşdirmə yolu ilə bazara təqdim etmişdir. 2001-ci ilin iyulunda şirkət Şanxay Fond Birjasında 2,8 milyard A seriyasından olan əlavə səhmləri buraxdı. 2001-ci ilin avqustunda "China New Star Petroleum Company" şirkətini almışdır. 2006-cı ildə "Sinopec Hainan Petrochemical Co., Ltd." şirkətinin kapitalını artırmışdır və bunun nəticəsində korporasiyanın bu neft şirkətindəki payı 75%-ə çatmışdır; həmçinin bu ildə əsas şirkət, "Shengli Petroleum Administration Bureau" bürosunun aktivlərini almışdır[5][6].
2004-cü ildə korporasiya, Qabonla neft kəşfiyyatı, hasilatı və emalı üzrə müqavilə imzalamışdır, 2005-ci ildə isə Sudan ilə (CNPC və yerli Sudapet şirkəti ilə birgə) bu sahədə əməkdaşlıq etmişdir. 2009-cu ilin avqustunda Sinopec, İsveçrədə qeydiyyatdan keçmiş Addaks Neft Şirkətini 7,5 milyard dollara almış və 2011-ci ildə bu vasitə ilə, "Royal Dutch Shell"in Kamerun və Nigeriyada neft hasilat aktivlərini Pecten şirkətindəki 80%-lik payını əldə etmişdir. 2012-ci ilin oktyabrında "Total"dan 2,45 milyard dollara Nigeriyada 20 quyu almışdır. 2013-cü ildə "Marathon Oil" şirkətindən Anqoladakı neft sahələrini 1,52 milyard dollara almışdır. 2013-cü ilin avqustunda "Apache Corporation"dan Misirdə yerləşən neft və qaz yataqlarında 33%-lik pay 3,1 milyard dollara satın almışdır[7][8][9][10]. Korporasiya həmçinin Amerika qitəsində də fəaldır. 2010-cu ildə, Kanadanın "Syncrude" şirkətindəki 8%-lik payı 4,65 milyard dollara "ConocoPhillips"dən almışdır. 2011-ci ilin oktyabrında "Daylight Energy" şirkətini 2,1 milyard dollara satın almışdır və 2011-ci ilin noyabrında Braziliyanın "Galp Energia" şirkətinin hissələrini 5,2 milyard dollara əldə etmişdir[11][12][13]. 2016-cı ilin avqustunda korporasiya "Sichuan-to-East China Natural Gas Pipeline Co. Ltd."də 50% səhmləri satın almışdır (bu qaz kəməri layihəsi Sıçuan neft yatağını Çinin şərqinə bağlayacaqdır); şirkətin digər investorları arasında "China Life Insurance" (43,86%) və "SDIC Communications" (6,14%) var idi. 2017-ci ildə isə "Shanghai SECCO Petrochemical Company" tamamilə alınmışdır, əvvəlcə BP ilə birgə çalışan bu şirkət Şanxayda iri neft kimya kompleksini idarə etmişdir.
2021-ci ilə olan məlumata görə, şirkətin ən iri səhmdarı Çin Neft-kimya Korporasiyası (China Petrochemical Corporation, Sinopec Group) idi – 68,83 %. Hong Kong fond birjasında ticarət olunan səhmlərin (X-səhmlər, səhmdar kapitalının 21 %-i) nominal sahibi isə klirinq şirkəti HKSCC Nominees Limited-dir; bu kateqoriyaya aid səhmlərin faktiki sahibləri arasında böyükləri BlackRock (7,95 %) və Citigroup-dur.
2018-ci ilin sonuna qədər olan Törəmə şirkətlər: