. Love.az

Siqetvar - Wikipedia - Love.az

Ana Səhifə - Siqetvar

Siqetvar (xorv. Siget; türk. Zigetvar; alm. Inselburg‎) — Macarıstanın cənubunda Baranya medyesində yerləşən şəhər.

Sigetvar
Bayraq Gerb
Bayraq Gerb
46°02′51″ şm. e. 17°47′58″ ş. u.HGYO
Ölkə
  •  Macarıstan[1]
Tarixi və coğrafiyası
Sahəsi
  • 3.952 ha (2021)[1]
Saat qurşağı
  • Mərkəzi Avropa vaxtı[d]
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 9.496 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 73
Poçt indeksi 7900[3]
Digər
szigetvar.hu
Xəritəni göstər/gizlə
Sigetvar xəritədə
Sigetvar
Sigetvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Beynəlxalq əlaqələri
    • 2.1 Qardaşlaşmış şəhərlər
  • 3 Qalereya
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Tarixi

redaktə

Siqetvardakı tarixi qalıntı Siqetvar qalasıdır. Kelt və Roma dövrlərindən balayaraq müdafiə məqsədli binaların inşa edildiyi məlumdur. Günümüzə qədər gəlib çatmış Siqetvar qalasının 14-cü əsrdə orijinal formasında inşa edildiyi hesab edilir. Qala I Süleymanın vəfatından öncə sonuncu qələbəsi olan Siqetvar döyüşünün sonnunda Osmanlı İmperiyası tərəfindən ələ keçirilmişdir. I Süleyman burada vəfat etmişdir.

Siqetvar uzun müddət Osmanlı İmperiyasının hakimiyyəti altında qalmışdır. 1689-cu ildə qala və şəhər Osmanlı hakimiyyətindən çıxdı. Sonrakı müddət ərzində şəhərdə memarlıq və cəmiyyət baxımından əhəmiyyətli dəyişikliklər baş vermişdir. Əli Paşanın öz adına tikdiyi məscid bir katolik kilsəsinə çevrildi.[4]

Beynəlxalq əlaqələri

redaktə

Qardaşlaşmış şəhərlər

redaktə

Siqetvar aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

  •   İmatra, Finlandiya[5]
  •   Eppinqen, Almaniya
  •   Slatina, Xorvatiya
  •   Trabzon, Türkiyə
  •   Deva, Rumıniya

Qalereya

redaktə
  •  
    Siqetvarda Türkiyə-Macarıstan dostluq parkı
  •  
    Siqetvarda Türkiyə-Macarıstan dostluq parkı

Həmçinin bax

redaktə
  • Baranya (medye)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 http://www.ksh.hu/apps/hntr.telepules?p_lang=HU&p_id=26578.
  2. ↑ Magyarország helységnévtára, Detailed Gazetteer of Hungary (mac.). KSH, 2024.
  3. ↑ http://www.iranyitoszamnavigator.hu/baranya-megye-telepulesei-12-oldal.
  4. ↑ Sitat səhvi: Yanlış <ref> teqi; Ali Paşa Camisi adlı istinad üçün mətn göstərilməyib
  5. ↑ "City Twins". Imatra. 30 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2014.

Xarici keçidlər

redaktə
  Vikianbarda Sigetvar ilə əlaqəli mediafayllar var.
  • szigetvar.hu — rəsmi saytı in Hungarian
  • Szigetvár at funiq.hu  (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sigetvar&oldid=8146219"
LOVE.AZ