. Love.az

Siqler Adasi - Wikipedia - Love.az

Ana Səhifə - Siqler Adasi

Siqler adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adaşimal-qərbdən cənub-şərqə doğru 45 km məsafədə uzanır. Adanım maksimal hündürlüyü 554 metr, sahəsi 448 km²-dir. Ada Bolduin-Siqler və Siqler Qütb ekspedisiyalarını maliyyələşdirən Nyu-York sahibkarı Uilyam Siqlerin şərəfinə adlandırılır.

Siqler adası
rus. Остров Циглера
Ümumi məlumatlar
Sahəsi 448 km²
Uzunluğu
  • 45 km
Eni 15 km
Hündür nöqtəsi 554 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
80°58′21″ şm. e. 57°15′28″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Arxangelsk vilayəti
Arxipelaq
  • Frans-İosif Torpağı
Akvatoriya
  • Şimal Buzlu okean
Siqler adası xəritədə
Siqler adası
Siqler adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Yaxınlığında yerləşən adalar
  • 3 Mənbə
  • 4 Xəritə

Tarixi

redaktə

XX əsrin əvvəllərində adada Avstriyaya aid Payer-Weyprecht adlı qütb məntəqəsi olmuşdur.

Yaxınlığında yerləşən adalar

redaktə

Uqolnoy Kopi adası — Ziçi adaları tərkibinə daxildir. Siqler və Qrili adaları arasında yerləşir. Ada dairəvi formaya malikdir. Diametri 3.5 km-dir. Hündürlüyü 393 metrdir. Adada buzlaq yoxdur. Siqler adasından 600 metr enə malik boğazla ayrılır.

Mənbə

redaktə
  • Арктическая экспедиция Arxivləşdirilib 2019-10-06 at the Wayback Machine
  • Ziegler-Fiala Polar Expedition, 1903—1905

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Siqler_adası&oldid=6129602"
LOVE.AZ