. Love.az

Zici Adalari - Wikipedia - Love.az

Ana Səhifə - Zici Adalari

Ziçi adaları — Frans-İosif Torpağına daxil olan adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Qrupa daxil olan adalar buzlaqlar vastəsi ilə bir-birinə bir birləşir.

Ziçi adaları
rus. Острова Зичи
Ümumi məlumatlar
Hündür nöqtəsi 620 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
81°59′30″ şm. e. 55°57′27″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
  • Şimal Buzlu okean
Ziçi adaları xəritədə
Ziçi adaları
Ziçi adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arxipelaqa daxil olan adaların siyahısı (Şimaldan cənuba):

  • Karl Aleksandr adası
  • Payer adası
  • Cekson adası
  • Rayner adası
  • Qrili adası və onun ətrafında yerləşən adalar
  • Siqler adası
  • Solsberi adası
  • Viner-Nyoyştadt adası
  • Luici adası
  • Çamp adası

Arxipelaqın ən şimal nöqtəsi Kral-Aleksandr adasında yerləşən Bem burnudur.. Ən cənub nöqtəsi isə Çamp adasında yerləşən Fiume burnudur. Bu burunlar arasında məsafə 114 km-dir. Arxipelaqın qərb nöqtəsi olan Armitic burnu Luici adasında, şərq nöqtəsi isə Payer adasında yerləşir. Arxipelaqın ən hündür nöqtəsi 620 m olan zirvə Viner-Nyoyştad adasında yerləşir (Forbs buzlağı).

Adalar macar qrafı Ziçinin şərəfinə adlandırılır. O, 1872-1874-cü illər Avstriya-Macarıstan Qütb ekspedisiyasını maliyyələşdirən şəxslərdən biri olmuşdur.

Xəritə

redaktə
  • Xəritə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ziçi_adaları&oldid=7240294"
LOVE.AZ