Sivə (ərəb. واحة سيوة, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir.[1][2][3] Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.[4]
Oazis | |
Sivə | |
---|---|
ərəb. واحة سيوة, bər. ⵉⵙⵉⵡⴰⵏ | |
| |
29°12′ şm. e. 25°32′ ş. u.HGYO | |
Ölkə |
![]() |
Mühafəzə | [[Mətruh]] |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları |
Sext-am Səntəriyyə |
Sahəsi | 80 km² |
Mərkəzin hündürlüyü | -19 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 32,741 nəfər |
Milli tərkibi | bərbərlər |
Rəsmi dili | ərəb dili |
Digər | |
siwaoasis.com | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.
Sivə oazisi Kəttarə çökəkliyində yerləşir. Oazis dəniz səviyyəsindən 19 metr aşağıdadır. Məntəqənin qərbində Cağbub oazisi yerləşir.
Oazisin Qədim Misir dilindəki adı Sext-am, yəni palma torpağıdır.[5] Erkən ərəb coğrafiyaşünaslar ərazini Səntəriyyə adlandırıblar. Oazisin müasir adı olan Sivə XV əsrdə yaranmışdır. Sözün etimologiyası qeyri-müəyyəndir.[6]
Müasir Sivədəki əsas məşğuliyyət kənd təsərrüfatıdır.[1] Son illərdə turizm məntəqənin əsas gəlir mənbəyi olmuşdur.[7]
Vikianbarda Sivə ilə əlaqəli mediafayllar var. |