Skifa Kahla (ərəb. السقيفة الكحلة) – Tunisin Mehdiyə şəhərindəki qədim qala divarlarının salamat qalmış azsaylı hissələrindən biri. X əsrə aiddir.[1] Fatimilər xilafəti tərəfindən şəhərin girişi qorumaq məqsədilə əsas qala kimi tikilmişdir.[2] Mehdiyə şəhərinin tarixi hissəsinə olan bir neçə girişdən biridir.[3]
Skifa Kahla | |
---|---|
السقيفة الكحلة | |
![]() | |
![]() | |
35°30′14″ şm. e. 11°04′06″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Mehdiyə |
Tikilmə tarixi | 916 |
Üslubu | Fatimi memarlığı |
![]() |
Tikili 916-cı ildə ilk Fatimi xəlifəsi Əbd Allah əl-Mehdi Billahın əmri ilə tikilmişdir.[4][5] Strukturun dizaynı Fatimi memarlığına əsaslanır. XI əsrdə türklər tərəfindən hazırlanmış artilleriyanı yerləşdirmək üçün tikilidə yenilənmə işləri aparılmış, silahlar üçün anbar və otaqlar tikilmişdir.[6] V Karlın Mehdiyə şəhərinin mühasirəsi zamanı tikili salamat qalmışdır.[7] Bir müddət tikili Mehdiyə şəhərinin yeganə quru girişi funksiyasını yerinə yetirmiş,[8] xristian işğallarının və imperiya müharibələrinə qarşı istifadə olunmuşdur.[9] Tarixçilərin fikrincə "Skifa Kahla" ifasəi "Qara vestibül" mənasına gəlir.[6][10][11][12] 1554-cü ildə bir ispan qrupu tikilinin girişini uçurmuşdur.[13] İspanların hücumundan sonra tikilidə modifikasiyalar aparılmışdır.[5] XVI əsrin sonunda tikilinin divar sistemi türklər tərəfindən yenidən inşa olunmuşdur. Skifa Kahla şəhərin ikinci müdafiə xəttinin əsas qülləsinə çevrilmişdir.[14]
2015-ci ildə tikilidə bir sıra bərpa işləri aparılmışdır.[15] Bərpa işləri Tunis Milli İrs İnstitutu tərəfindən Mehdiyə şəhərinin 1200 illiyi münasibətilə yerinə yetirilmişdir.[16]
Binanın qülləsi Osmanlı dövründə tikilmiş divarlarla əhatə olunmuşdur.[6] Qüllənin hündürlüyü 18,5 metr, dərinliyi 12,7 metr və eni 12 metrdir. Tikilidə Mehdiyə şəhərinin qədim hissəsində yerləşən bazarlara aparan dəhliz mövcuddur.[10] Tikili XVII əsrə aid edilən iki çoxbucaqlı proyeksiyadan ibarətdir.[17]