Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[1][2][…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur[5]. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.[6]
Slavoy Jijek | |
---|---|
sloven. Slavoj Žižek | |
![]() | |
Doğum tarixi | 21 mart 1949(1949-03-21)[1][2][…] (76 yaş) |
Doğum yeri |
|
İstiqaməti | Hegelçilik, marksizm, Freydo-Marksizm, Qitə fəlsəfəsi |
Əsas maraqları | ideologiya, politologiya[4], marksizm, film nəzəriyyəsi, ontologiya, psixoanaliz, teologiya, Freydo-Marksizm, fəlsəfə[4], kulturologiya[4] |
Təsirlənib | Lui Altüsser, Gilbert Çesterton, Ziqmund Freyd, Georq Vilhelm Fridrix Hegel, Martin Haydeqqer, Fredrik Ceymson, Jak Lakan, Ernesto Laklau, Vladimir Lenin, Karl Marks, Maksimillian Robespyer, Fridrix Şellinq, İmmanuel Kant, Fridrix Nitsşe, Valter Benyamin, Teodor Adorno, Sorn Kyerkeqor, Mao Tsedun |
![]() |
Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır.[7]
1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.[8]1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır.
Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə[9], ikinci dəfə model olan Analia Huni[10], 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir.[11] Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır.
1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi. 1988-ci ilin oktyabrında 32 sloven intellektualla birlikdə Lyublyana prosesi vaxtı etiraz olaraq Sloveniya Kommunist Partiyası sıralarını tərk etmiş,[12]1990-cı ildə Sloveniya prezidentliyinə keçirilən seçkilərdə namizədliyini verərək 5-ci yerdə qərar tutmuşdur.[13] Sağçı və millətçi yazarların tənqidçisi olmuş, bir dəfə onların yığışdığı bir məclisə bomba atılıb partladılmasını ironiyayla təklif etmişdi.[14] 2008-ci ildə jurnalist Emi Qudmanla müsahibəsində özünü "ixtisaslı kommunist" kimi gördüyünü demiş,[15] 2009-cu ildə isə özünü "radikal solçu" kimi qələmə vermişdir.[16] 2013-cü ildə həbsdə olan Nadejda Tolokonnikova ilə məktublaşmaları kitab halında çap olunmuşdur.[17]
Akademik həyatına Tito dövründə başlamış olan Jijek, fransız filosoflarını oxumağa başlamış, 1967-ci ilk dəfə Jak Derridanın bir məqaləsini sloven dilinə tərcümə etmişdir.[8] Lyublyanada Bojidar Debenyakdan dərs almış[18], "Praksis", "Tribuna" və "Problemi" kimi jurnallarda yazmışdır. 1971-ci ildə magistr işi "marksist olmadığı üçün" qəbul olunmamış, ondan sonra Karlovatsda hərbi xidməti yerinə yetirmişdir. 1980-ci illərdə Jak Lakan, Freyd və Altusserdən tərcümələrlə məşğul olmuşdur.[19] 1988-ci ildə kino nəzəriyyəsi haqqında ilk kitabını yayımlamışdır. Əsasən "Lacanian Ink", "In These Times", "New Left Review", "London Review of Books", "Mladina" jurnallarında yazır, "Dnevnik" və "Delo" qəzetlərində çıxış edir.
Jijekə görə, filosof nəzəriyyə yaradaraq suallara cavab verən şəxsdir.[20]
Karl Marksın Alman ideologiyası əsərini tənqid edərək, insanların saxta şüura sahib olmadığını deyir. Jijekin fikrincə, insanların ən dərin motivləri şüursuzdur və ideologiya mövcud olan ictimai qayda-qanunlar üçün bəraət kimi bir funksiya daşıyır. Reallıq isə simvolik real (təkcə metaforalarla anlaşılan reallıq), xəyali real (qorxulu gerçəklik) və real real (subliminal həqiqət) anlayışı olmaqla üç yerə bölünür.
Jijek şüurun qeyri-şəffaf olduğunu düşünür, onun fikrincə, bir insanın şüurunun mövcud olub-olmadığını yaxud onun bir mim olub-olmadığını heç vaxt bilə bilmərik və bu şübhənin özü şüurun mövcudluğunun göstəricisidir.[21]
Jijekin fikrincə, dövlət insanların davranışını tənzimləyən qurumlar sistemidir. Onun kollektiv davranış xaricində gücü yoxdur və əsasən simvolikdir. Yəni qanun əslində cəmiyyətin öz arasındakı təyin etdiyi yazılmamış qanunlardır.[22] Buna görə də siyasi qərarlar əslində təbii nəticələrdir. Məsələn, əgər dövlət məişət xərclərində azaltma haqda qanun qəbul edir və bunu obyektiv səbəblərdən etdiyini iddia edirsə, demokratiyadan və vətəndaş fəaliyyətindən bəhs edirsə, əslində burada yenə də əsas subyekt sərmayədir.[23] Jijekin fikrincə, ən adi sosial problemləri belə böyütmək labüddür. Jijekə görə, siyasət cəmiyyət strukturunda rolu olanlar və olmayanlar arasında bir mübarizədən ibarətdir.[24]
Jijek postmodern subyektin rəsmi qurumlara sinik baxdığını, həmçinin konspirologiyaya da inandığını deyir. Jijekin fikrincə, insanlar əsl azadlığı daddıqdan sonra azad olmaqdan qorxduğu üçün "Digər" adlı anlayışla onları hələ də başqalarının idarə etdiyinə inandırmağa çalışır.[25] Onun fikrincə, insan xüsusən kapitalist rejimdə yaşayırsa və ona yalan danışıldığını bilirsə, bu bəs etmir. Bir insan nə etdiyini bilsə belə, bu o demək deyil ki, o doğru olanı edir.[26]
Jijek dinin düşmən olduğunu düşünmür, lakin onun fikrincə, din də bir mübarizə meydanıdır. Onun fikrincə, dindarlar, heç də "allahsız stalinist kommunistlər"dən fərqlənmir, hər ikisi əxlaqi və etik hərəkətlərdənsə, ilahi düşüncəyə daha çox önəm verirlər.[27]
İl | Adı | Rolu |
---|---|---|
2004 | Virtualın reallığı | Özü |
2005 | Zizek! | Özü |
2006 | Bir pozğunun film bələdçisi | Özü |
2012 | Bir pozğunun ideologiya bələdçisi | Özü |
İl | Adı | Qeyd |
---|---|---|
1996 | Liebe Dein Symptom wie Dich selbst! | Jijek haqda sənədli film |
2006 | Alien, Marx & Co. — Slavoj Žižek, Ein Porträt | Jijek haqda sənədli film |
2006 | Possibility of Hope | Özü |
2008 | Examined Life | Bir səhnədə rolda iştirak edir |
2009 | Terror! Robespierre and the French Revolution | Özü |
2011 | Marx Reloaded | Filmdə marksistlərdən bəhs edilərkən, haqqında söhbət gedir. |
İngiliscə
Vikianbarda Slavoy Jijek ilə əlaqəli mediafayllar var. |