. Love.az

Slovakiya Avroviziya Mahni Musabiqesinde - Wikipedia - Love.az

Ana Səhifə - Slovakiya Avroviziya Mahni Musabiqesinde

Slovakiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və cəmi 7 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Slovakiya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir.

Slovakiya
Slovakiya
Yayım hüququ STV (1994–2010)
RTVS (2011-2012)
Seçim tədbiri
Daxili seçim
  • 1993–1994
  • 1996
  • 1998
  • 2011–2012
Eurosong
  • 2009–2010
Məlumat
İştirak sayı 7
Debüt müsabiqə 1994
Son müsabiqə 2012
Ən yaxşı nəticə 18-ci: 1996
Ən pis nəticə Sonuncu: 2012 (YF)
eurovision.tv/country/sl…

Slovakiya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Ölkənin müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildəki 18-ci yerdir. Müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən Slovakiya 1995, 1997 və 1999-cu illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyadan kənarlaşdırılmışdır. 2000-ci ildə isə ölkə müsabiqədə iştirakdan könüllü olaraq imtina etmiş və bir daha 2009-cu ildə Avroviziyaya qayıtmışdır. 2012-ci ilə kimi fasiləsiz olaraq müsabiqədə iştirak edən Slovakiya hər dörd cəhdində yarımfinalda məğlub olaraq, 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır.

Təmsilçilər

redaktə

 Qalib  İkinci yer  Üçüncü yer  Sonuncu yer

İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994 Slovakca Tublatanka "Nekonečná pieseň" 19 15
Yarımfinal olmayıb
1996 Slovakca Marsel Palonder "Kým nás máš" 18 19 17 36
1998 Slovakca Katarina Hasprova "Modlitba" 21 8
Yarımfinal olmayıb
2009 Slovakca Kamil Mikulçik və Nela Potsiskova "Leť tmou"
Finala keçməyib
18 8
2010 Slovakca Kristina "Horehronie" 16 24
2011 İngiliscə TWiiNS "I'm Still Alive" 13 48
2012 İngiliscə Maks Ceyson Mey "Don't Close Your Eyes" 18 22
2013-cü ildən bəri müsabiqədə iştirak etmir.

Səsvermə tarixçəsi

redaktə
Slovakiyanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1   Malta 34
2   Estoniya 30
3   Xorvatiya 27
4   İsveç 26
5   İrlandiya 21
Slovakiyanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1   Malta 20
2   Xorvatiya 8
3   Yunanıstan 7
4   Polşa 5
5   İspaniya 2

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Həmçinin bax

redaktə
  • Avroviziya Mahnı Müsabiqəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Slovakiya_Avroviziya_Mahnı_Müsabiqəsində&oldid=7502798"
LOVE.AZ