. Love.az

Sobekhotep Viii - Wikipedia - Love.az

Ana Səhifə - Sobekhotep Viii

Sexemra Seutavi Sobekhotep VIII — İkinci Aralıq dövrün naməlum fironlarından biri.

Qədim Misir fironu
Sexemra Seutavi Sobekhotep VIII
Sobekhotep VIII (sol) tanrı Hapiyə baxır (sel basqını steli).
Sobekhotep VIII (sol) tanrı Hapiyə baxır (sel basqını steli).
Sülalə XVI sülalə
Tarixi dövr İkinci Aralıq dövr
Sələfi Cihuti
Xələfi Neferhotep lll
Xronologiya e.ə. 1645-1629

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənsubiyyəti
  • 3 Sel basqını steli
  • 4 İddialar
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

VIII Sobekhotep həyatı haqqındakı məlumatlar çox azdır. Belə ki, belə bir fironun varlığı haqqında yalnız Karnakdakı Amon-Ra məbədinin üçüncü pilonunun parçalanmış steli[1] sayəsində bilinir. Elm adamları onun XIII, XVI və ya XVII sülaləyə mənsub firon olduğunu və onun Yuxarı Misirin Teben bölgəsini idarə etdiyini düşünürlər.

Mənsubiyyəti

redaktə

Misirşünaslardan Yürgen von Berekat və Ləbib Həbəşi onun XIII sülaləyə mənsub olduğunu düşünürlər.[2][3]

Turin çar papirusunda (11:2) deyilir:

"İkili Kral Sexemra … 16 il …".

Misirşünaslar Kim Rixold və Darrel Beyker bu ifadələrin VIII Sobekhotepin adı olan Sexemra Seusertavi ilə eyniləşdirirlər. Əgər bu eyniləşdirmə düzgündürsə, onda VIII Sobekhotep XVI sülalənin üçüncü fironu kimi 16 il hökm sürmüş olur. Bu, onu Cihutinin birbaşa varisi və III Neferhotepin sələfi edir, baxmayaraq ki, onun bu fironların hər ikisi ilə əlaqəsi naməlumdur.[4][5] İkinci Aralıq dövrün xronologiyasını yenidən təsnif edən Rixold güman edir ki, VIII Sobekhotep e. ə. 1645-ci ildən e. ə. 1629-cu ilə qədər hökm sürmüş, Hiksosların XV. sülaləsinin hakimiyyəti altında olan Nil deltasını və Memfis (Misir) şəhərini ələ keçirdikdən qısa müddət sonra hökmranlıq etmiş və bununla da XIII. sülalanın süqutunu sürətləndirmişdir.

Sel basqını steli

redaktə

Steldə belə deyilir:

(Həyat) Ra Sobekhotepin oğlu, böyük daşqın hər şeyə əbədiyyətə qədər həyat verdi. Dördüncü il, Şemunun dördüncü ayı, artıq günlər.


Hər şey bu tanrının varlığının himayəsi altında yaşayır. O, böyük tufanı görmək üçün bu məbədin salonuna getdi. O, tamamilə su ilə dolu olan bu məbədin zalına gəldi. Sonra orada gəzişdi […][6]

Yukarıda tərcüməsi verilmiş steldə firon VIII Sobekhotep tufan səbəbi ilə su basmış məbəddə gəzişməsi təsvir olunmuşdur. Bu steldə VIII Sobekhotep özünü bütün qədim Misirin ən böyük tanrısı (bütün tanrıların tanrısı) olan "Amon" olaraq göstərmişdir. VIII Sobekhotepin özünü Amona bərabər göstərməsi maraq doğurur.[6]

İddialar

redaktə

Dini mətnləri, əntiq mənbələrin yazdıqlarını və arxeoloji tapıntıları tədqiq edən bəzi müəlliflər Musa peyğəmbərin mübarizə apardığı fironun məhz VIII Sobekhotep olduğunu iddia edirlər.[6]

İstinadlar

redaktə
  1. ↑ "The inundation stela of Sebekhotpe VIII". Archived from the original on 2024-08-14. İstifadə tarixi: 2025-01-24.
  2. ↑ von Beckerath, Jürgen. Jürgen von Beckerath: Untersuchungen zur politischen Geschichte der zweiten Zwischenzeit in Ägypten (alman). Glückstadt. 1964. 66, 259–260.
  3. ↑ Habachi, Labib. A high inundation in the temple of Amenre at Karnak in the thirteenth dynasty, (ingilis). Studien zur Altägyptischen Kultur. 1974. 207–214, 296.
  4. ↑ Ryholt, Kim. The Political Situation in Egypt during the Second Intermediate Period c.1800-1550 B.C. Museum Tusculanum Press. 1997.
  5. ↑ D. Baker, Darrell. The Encyclopedia of the Pharaohs: Volume I - Predynastic to the Twentieth Dynasty 3300–1069 BC (ingilis). Stacey International. 2008. 454. ISBN ISBN 978-1-905299-37-9.
  6. ↑ 1 2 3 "Hz. Musa'yı Antik Mısır'da aramak (2)". 24.01.2025 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Oksford Universitetinin sel basması stelinin dəyərləndirmə hesabatı: [1]
  • Əntiq Misirdə Musa peyğəmbərin izlərini axtarmaq: [2]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=VIII_Sobekhotep&oldid=7996003"
LOVE.AZ