. Love.az

Sofulu Mehellesi Gence - Wikipedia - Love.az

Ana Səhifə - Sofulu Mehellesi Gence

Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir.

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünyaşöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.[1]

Həmçinin bax

redaktə
  • Qırıxlı məhəlləsi
  • Qazaxlar məscidi
  • Dördyol məhəlləsi

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2020-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.

Xarici keçidlər

redaktə
  • Gəncə - Qədim Sofulu məhəlləsi / Kəpəz Tv
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sofulu_məhəlləsi_(Gəncə)&oldid=8010228"
LOVE.AZ