. Love.az

Solak - Wikipedia - Love.az

Ana Səhifə - Solak

Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində,[2] İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında,[3] Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[4]

Kənd
Solak
40°27′49″ şm. e. 44°42′31″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.240 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Solak xəritədə
Solak
Solak

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimi
  • 3 Əhalisi
  • 4 İstinadlar

Tarixi

redaktə

Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[5] qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır.

Toponimi

redaktə

Toponim solak türk tayfasının adı əsasında[6] əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir[7]. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır[8]. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var[9]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Dərəçiçək nahiyəsində Solak kimidir[10][11][12]. XVIII əsrə aid ermənicə mənbədə də Dərəçiçək mahalında Solak[13] qeyd olunur.

Əhalisi

redaktə

1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra, 1828–30-cu illərdə kəndə Türkiyədən ermənilər köçürülmüşdür[14].1828–1829-cu illərdə kənddə İrandan və Türkiyədən gəlmə ermənilər də məskunlaşmış, sonralar azərbaycanlılar qovulmuşlar. XIX əsrin ortalarına aid mə’lumatda kənddə ermənilərin yaşadığı göstərilir[15][16] Kənddə 1831-ci ildə 94 nəfər azərbaycanlı yaşamışdır[17]. Ermənilər burada 1840-cı illərdə tam məskunlaşdıqdan sonra azərbaycanlılar 1850-ci illərdə qovulmuşlar. İndi yalnız ermənilər yaşayır.[18]

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербург. 1852.
  3. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  4. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  5. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.53
  6. ↑ Атаниязов С. Словарь туркменских этнонимов, Ашхабад, "Ылым", 1988. s.106
  7. ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т. IV, ч.2, СПб, 1911. s.550
  8. ↑ Mehmed Solak-zadə. Tarix, B., 1992.
  9. ↑ Sümər Faruq. Oğuzlar, Bakı, "Yazıçı", 1992. s.277
  10. ↑ Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  11. ↑ Qеybullayеv Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı. 1994.
  12. ↑ Qorqotyan Z. Sovеt Еrmənistanının əhalisi 1831-931-ci illərdə.(еrmənicə). Yеrеvan. 1931.
  13. ↑ Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М.,. 1958.
  14. ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591–594
  15. ↑ Парвицкий А.В. Экономический быт государственных крестьян северо-восточной части Новобаязетского уезда Ериванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”. IV. Тифлис. 1886.
  16. ↑ Бартольд В.В. Сочинения. V.
  17. ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.591
  18. ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Солак // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Solak&oldid=7204642"
LOVE.AZ