. Love.az

Sona Axundova - Wikipedia - Love.az

Ana Səhifə - Sona Axundova
Vikipediyada bu soyadlı müxtəlif adamlar haqqında məqalələr var, bax: Axundova.

Axundova-Bağırbəyova Sona Əbdül qızı (23 avqust 1896, Şamaxı – 1982, Bakı) — tibb elmləri doktoru, professor (1952), Azərbaycan SSR əməkdar elm xadimi (1964), Azərbaycan SSR əməkdar həkimi (1960)

Sona Axundova
Axundova-Bağırbəyova Sona Əbdül qızı[1]
Doğum tarixi 1896
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1982
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Ağa bəy Bağırbəyov
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Təhsili
  • İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi,
  • Müqəddəs Vladimir adına Kiyev Universiteti (–1918),
  • Birinci Moskva Dövlət Tibb Universiteti (–1923)
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar həkimi Azərbaycan SSR əməkdar elm xadimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Həyatı

redaktə

Sona Axundova 1896-cı ildə Şamaxı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakıda Hacı Zeynalabdin Tağıyevin təşkil etdiyi qızlar gimnaziyasında alıb, "Müqəddəs Nina" pansionunda qalıb. Bu təhsil ocağını qurtardıqdan sonra Kiyev Universitetinin Tibb fakültəsinə qəbul olunub. Tələbə ikən inqilabı iş aparıb, 1918-ci ildə təhsilini başa vurmamış Bakıya qayıtmaq məcburiyyətu qarşısında qalıb. Azərbaycanda sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib. Təhsilini Moskva Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib və 1923-cü ildə həkimlik diplomu alıb. Tələbəlik dövründə dəfələrlə Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev ilə görüşüb. Həkimlik fəaliyyətinin ilk illərində Bakı, Gəncə, Yevlax xəstəxanalarında işləyib, Azərbaycanda geniş yayılmış traxoma və qeyri-infeksion göz xəstəliklərinin müalicə və profiliktikasında yaxından iştirak edib. 1940-cı ildə dünyada şöhrət qazanmış göz xəstəlikləri üzrə alim-akademik V.P.Filatovun klinikasına ezam edilib. Sonra Azərbaycanda ilk dəfə Filatov üsulu ilə toxuma terapiyası və geratoplastika cərahiyyə əməliyyatları aparmağa başlayıb. 1938-1946-cı illərdə Azərbaycan Elmi Tədqiqat Oftamologiya İnstitutunda şöbə müdiri işləyib. Böyük Vətən müharibəsində Bakı qospitallarında gözündən zədə almış yaralılara yaxından köməklik edib. 1952-ci ildə professor, 1960-cı ildə Azərbaycyan SSR-in əməkdar həkimi, 1964-cü ildə Azərbaycan SSR əməkdar elm xadimi adlarına layiq görülüb.

Mükafatları

redaktə

Sona Axundova 1970-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının fəxri elmi məsləhətçisi seçilib, 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, medallarla təltif edilib.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-20.

Xarici keçidlər

redaktə
  • Sona Axundova

Həmçinin bax

redaktə
  • Ağa Axundov
  • İsmayıl Axundov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sona_Axundova&oldid=6735803"
LOVE.AZ